Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi ilə birgə dini təyinatlı ədəbiyyatın, mal və məmulatların satışı ilə məşğul olan mağazalarda reyd keçirib.

Reydlər Sumqayıt şəhərində dini ədəbiyyatların satışı ilə məşğul olan 9 mağazanı əhatə edib.

Komitənin məlumatına görə, baxış keçirilən mağazalarda onların icazəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı aşkarlanıb. Mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq sənədləşmə aparılıb.

Mağazalardan həmçinin satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd DVD aşkar edilərək götürülüb.

Mağaza sahibləri ilə müvafiq profilaktik söhbətlər aparılıb.

Komitənin məlumatında qanun pozuntularının aşkarlandığı bildirilən mağazaların adları açıqlanmır.

Həmin mağaza sahiblərinin bu iradlara münasibəti hələlik bəlli deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG