Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:35

‘Bakının mərkəzində... məscid Suriyaya gedənləri ilhamlandırırdı’


Aşurbəy məscidi

Aşurbəy məscidi

«Zamanında Suriyaya, digər ölkələrdən olduğu kimi, Azərbaycandan da gedənlər olub. Amma onların hamısı təkcə din uğrunda döyüş düşüncəsi ilə gedənlər deyildi. Maddi maraq naminə gedənlər də çox idi. Onların bir qismi sonradan geri qayıdıb, bir qismi isə həlak olub. Əsas odur ki, artıq, Azərbaycandan Suriyaya döyüşməyə gedən yoxdur».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı belə deyib. Komitə sədri APA-ya müsahibəsində Suriyaya döyüşməyə gedənlərə mənəvi dəstək verənlərin artıq zərərsizləşdirildiyini qeyd edib.

Buna da bax: 'Aşurbəy' məscidində təmiri dindarlar 'bağlama bəhanəsi' sayırlar

«Bakının mərkəzində, Qaradağ rayonunda, şimal, şimal-qərb və mərkəzi bölgələrimizdə bəzi məscidlər vardı ki, Suriyaya gedənləri ilhamlandırırdı. Onlar üzərində də artıq tam nəzarət bərpa olunub. Artıq, ölkədə silahlı birləşmələrə sövq edən, bu yöndə təbliğat aparan məscid qalmayıb».

«Aşurbəy» məscidinə qeyri-qanuni yığışırdılar

«'FETO' də belə cərəyanlardandır. Onların dinə aidiyyəti yalnız zahiridir, fəaliyyəti siyasiləşib»

N.Qurbanlı fəaliyyəti dayandırılan məscidlər haqqında da məlumat verib. Bakıdakı «Aşurbəy» məscidi binasının restavrasiya ediliyini bildirən komitə sədri əlavə edib ki, insanlar ora qeyri-qanuni yığışırmış.

«Restavrasiyadan sonra orada dini fəaliyyət olacaq, amma qanuni şəkildə. Ələt və Qobustan məscidlərinin də fəaliyyətini qeyri-qanuni olduğundan dayandırmışıq. Digər bu kimi məscidlər ölkənin şimal və Mərkəzi Aran bölgələrindədir», M.Qurbanli bildirib.

Fətullah Gülenin yaratdığı təşkilat dinlə pərdələnib

Komitə sədri Fətullah Gülen hərəkatının Azərbaycandakı fəaliyyətinə də toxunub. O, bildirib ki, bəzi qruplar özlərinin siyasi, iqtisadi və digər məqsədlərinə nail olmaqdan ötrü dini təhrif etməyə çalışırlar.

«Restavrasiyadan sonra «Aşurbəy» məscidində dini fəaliyyət olacaq, amma qanuni şəkildə».

«FETO də (Fetullahçı Terror Örgütü. Bu ifadəni Türkiyə rəsmiləri və yandaş media mənsubları işlədir – red.) belə cərəyanlardandır. Onların dinə aidiyyəti yalnız zahiridir, fəaliyyəti siyasiləşib. Fətullah Gülenin yaratdığı təşkilat dinlə pərdələnib. Müstəqilliyin ilk illərində müəyyən iqtisadi çətinliyimizdən, hələ, yeni yaranmağımızdan istifadə edərək müəyyən cərəyanlar ölkəyə ayaq açdı. FETÖ də bu cərəyanlardandır. Onlar Azərbaycana ilk olaraq, təhsil sahəsində ayaq açdılar. Məktəblər, o cümlədən Qafqaz Universitetini yaratdılar».

Komitə sədri 2009-dan etibarən Fətullah Gülenin fikirlərini yayan bütün nəşrlərin, materialların, o cümlədən «Risaleyi-Nur» kitabının Azərbaycana kütləvi gətirilməsi, yayılmasının dayandırıldığını qeyd edib. O, Azərbaycanda nurçulara, yaxud Fetullah Gülenin tərəfdarlarına məxsus məscidin olmadığını da deyib.

Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fetullah Güleni ölkələrində iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırırlar. Ancaq F. Gülen bu ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG