Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

'Kiminsə elan verib, ziyarət təşkil etməsi doğru deyil' [video]


Kərbəla ziyarətinə gedən 500 azərbaycanlı zəvvar İranın İraqla sərhədindəki Mehran şəhərində 2 gün saxlanandan sonra buraxılıb. Sərhədçilər bildiriblər ki, avtobusların sənədləri qaydasında olmayıb.

Həcc ziyarətinə nəzarət var, Kərbala-Məşhədə yox...

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı bildirir ki, bu hadisə ziyarətlərin təşkilindəki problemi bir daha qabardıb. O bildirir ki, Həcc ziyarəti dövlətlərarası imzalanmış protokola uyğun olaraq, Qafqaz Müsəlmanları İdarəsi gerçəkləşdirir. Məşhəd, Kərbəla və digər ziyarətlərlə bağlı qaydalara görə isə təşkilatçı şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən rəy almalıdır. Amma Mübariz Qurbanlı bildirir ki, bir çox hallarda Komitədən rəy almayan şirkətlər də ziyarətlər təşkil edir, elə buna görə də müəyyən problemlər yaranır:

Buna da bax: İmam Hüseynin qırx mərasimi dünyada ən böyük yürüşlərdən biri oldu

"Kimlər gedir, kim aparır, necə gedirlər - bütün bunlar haqda bir sistem olmalıdır. Bəzən görürsən ki, azyaşlı uşaqlar olur, xaotik durum yaranır. Vətəndaşlarımızın təhlükəsizliyi naminə belə qaydalar var. Eyni zamanda müxtəlif radikal qruplaşmaların təsiri altına düşmə riskləri də var. Buna görə də biz xəbərdarlıq edirik ki, ziyarətləri təşkil edən şirkətlər müvafiq rəyləri almalıdırlar. Dövlət bilməlidir ki, vətəndaşı hər hansı təhlükə ilə üzləşəcəksə, buna kimdir cavabdeh. Yoxsa, kiminsə internetdə bir elan verib, ziyarət təşkil etməsi doğru deyil".

Buna da bax:​ Azərbaycanlı zəvvarların sərhəddə saxlandığı bildirilir

Ziyarətlər zamanı Kərbəlada terror da olub. Onlarla insanın həlak olduğu deyilir.

Təhlükəsizlik məsələsini qabardan Mübariz Qurbanlı hesab edir ki, dövlət Kərbəla ziyarətinin kimlər tərəfindən təşkil edilməsindən xəbərdar olmalıdır.

Ziyarətçilərin dini qruplaşmaların təsiri altına düşmə riski

İranda Məşhəd, İraqda Kərbəla və digər müqəddəs yerlərə ziyarətlər başlayıb. Zəvvarlar arasında xeyli azərbaycanlılar da var. Bəs, onların təhlükəsizliyi necə qorunur?

Buna da bax: Siyavuş Novruzov: 'Həccə turist kimi gedən var'

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl bildirir ki, özəlliklə, Məşhədə gedənlərin digər dini qruplaşmaların təsiri altına düşmə riskləri böyükdür:

"Ora səmimi qəlbdən gedənlər də var. Amma təcrübə göstərir ki, orada radikal şiə qruplaşmalarının təsiri altına düşənlər də var. Şiə radikalları, özəlliklə də İran xüsusi xidmət orqanlarına bağlı olan şəxslər Məşhəddə daha fəaldırlar, nəinki Kərbəlada. Amma hər iki variantda maksimum çalışırlar ki, daha çox insanı təsir altına salsınlar. Təsir altına salıb nə edirlər? İran Xüsusi Xidmət orqanları ilə əməkdaşlığa cəlb oluna bilirlər".

Buna da bax:​ Zəvvar sayı azala, qiymətlər arta bilər

Bəs, İran və İraqdakı müqəddəs yerlərə gedənlərin təsir altına düşməsi riski haqda Bakı sakinləri nə düşünürlər?

Kərbəla və Məşhəd Ziyarətləri İmam Hüseyn-in şəhadətinin 40-cı gününə təsadüf edir. Bu ilki ziyarətlər noyabrın əvvəlindən başlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG