Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Dilqəm Əsgərov və Şahbaz Quliyevin müdafiə komitəsi yaradılıb


Şahbaz Quliyev və Dilqəm Əsgərov

Şahbaz Quliyev və Dilqəm Əsgərov

Noyabrın 23-də Bakıda Dağlıq Qarabağda saxlanan Dilqəm ƏsgərovŞahbaz Quliyevin hüquqlarının müdafiə komitəsi yaradılıb.

Bunda məqsəd onların azadlığa buraxılmasına nail olmaqdır.

Müdafiə komitəsinə 80-ə qədər üzv qəbul olunub. Komitəyə Əlövsət Ağalarov sədrlik edəcək.

Müdafiə Komitəsi ilk addım kimi beynəlxalq qurumlara müraciət hazırlanıb göndərilməsinə qərar verib.

Buna da bax:​ Dilqəm Əsgərov və Şahbaz Quliyevdən xəbər var

Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarına, Rusiyanın Azərbaycandakı səfirliyinə ünvanlanan müraciətlərdə hər iki şəxsin azad edilməsinə yardım etmələri istənilir.

XATIRLATMA

2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevi Kəlbəcərdə Ermənistan əsgərləri girov götürüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Dilqəm Əsgərov və Şahbaz Quliyev əslən Kəlbəcər rayonundandırlar. H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində məhkəmə qurulub. Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Buna da bax: BQXK D.Əsgərovla Ş.Quliyevə baş çəkib

Onlar Kəlbəcərə ata-baba yurdlarına baş çəkməkdən ötrü gəldiklərini bildiriblər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Həmin rayonlardan biri də 1993-cü il aprelin 2-də işğal edilən Kəlbəcərdir.

Şərhləri göstər

XS
SM
MD
LG