Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 21:11

►Valideyn qərarla razı deyil

“Nəsimi rayon Prokurorluğu işin təkrar istintaq olunması üçün Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinə qaytarılmasına dair qərar çıxardığından işə məhkəmədə baxıla bilməz”.

İyulun 18-də Nəsimi rayon Məhkəməsində “Qərənfil” uşaq bağçasının müəlliməsi Sevinc Tacirliyə qarşı qaldırılmış İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə məhkəmə iclası keçirilib.

İclas başlayan kimi hakim bildirib ki, Nəsimi rayon Prokurorluğu Sevinc Tacirlinin ərizəsi əsasında işin təkrar ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. Bu səbəbdən də məhkəmə işə baxa bilməz.

5 yaşlı Dilbər Nəzirlinin 1 il 4 ay əvvəl müəlliməsi tərəfindən döyülməsi ilə bağlı valideyni Nigar Cəfərovanın verdiyi şikayət ərizəsini Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi araşdırıb və müəlliməni İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb etmişdi.

İstintaq Şöbəsi müəllimənin əməlində cinayət tərkibi olmadığını səbəb gətirərək işə 6 dəfə xitam verib. Nigar Cəfərova hər dəfə Nəsimi rayon prokurorluğuna qərardan şikayət edib.

Hər dəfə də prokuror istintaq şöbəsinin xitam qərarını ləğv edərək işin yenidən araşdırılması barədə qərar çıxarıb. Nəhayət, bu ilin iyununda istintaq yekunlaşaraq materiallar məhkəmə baxışına göndərilib.

İyulun 29-da keçirilən məhkəmə iclasında hakim elan edib ki, təqsirləndirilən Sevinc Tacirli Nəsimi rayon prokuroluğuna işin ibtidai istintaqa qaytarılması ilə bağlı ərizə ilə müraciət etdiyinə görə iclası başlaya bilməz. O, prokurorluğun hansı qərar verəcəyini gözləməkdən ötrü məhkəmə iclasını təxirə salmışdı. (Ardı aşağıda)

5 yaşlı Dilbər:"Müəllimə dilimin üstünü qopardı"

“ÇOX TƏƏCCÜBLƏNDİK”

Sevinc Tacirli prokurorluğa göndərdiyi ərizədə təqsirli olmadığını və valideyn tərəfindən ona böhtan atıldığını yazıb. Qeyd edib ki, hadisənin baş verdiyi iddia olunan tarixdə - martın 12-də Dilbər Nəzirli, ümumiyyətlə, bağçaya gəlməyib və jurnalda belə qeydiyyata düşüb.

Dilbərin ailəsi isə Nəsimi rayon Prokurorluğunun işin ibtidai istintaqa yenidən araşdırılmağa qaytarılmasına dair çıxardığı qərardan narazıdır. Nigar Cəfərova:

“Təsəvvür edin ki, Nəsimi polisi düz 6 dəfə işə xitam vermişdi, Nəsimi prokurorluğu da düz 6 dəfə polisin xitam qərarını ləğv edib işə yenidən baxılması qərarını çıxarmışdı. Mən tələb edirdim ki, uşağıma qarşı şiddət olduğuna görə həmin müəllimə barəsində İnzibati Xətalar Məcəlləsi ilə yox, Cinayət Məcəlləsi ilə cinayət işi qaldırılsın. Polis isə müəllimənin işini yüngülləşdirmək məqsədilə çarəsiz qalıb nəhayətdə istintaqı elə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başa vurdu. Məhkəmədə hakim prokurorluğun qərarını elan edəndə çox təəccübləndik. Dünənədək polisin xitam qərarını altı dəfə ləğv edən prokurorluq bu gün özü işə baxılmasına qarşı çıxaraq müəllimənin ərizəsi əsasında işin təkrar istintaqa qaytarılması barədə qərar verib”.

Nigar Cəfərova qərarla razılaşmır və Bakı şəhər prokuroru ilə görüşəcəyini deyir:

“Uşağıma qarşı şiddət olub, işgəncə verilib və biz sona qədər gedib bunu sübut edəcəyik”.

Nigar Cəfərova hazırda 5 yaşında olan qızı Dilbərin 1 il 4 ay əvvəl “Qərənfil” uşaq bağçasında müəlliməsi Sevinc Tacirli tərəfindən şiddətə məruz qaldığını, psixoloji sarsıntı və döyülmə nəticəsində 10 gün xəstəxanada müalicə aldığını iddia edir. Sevinc Tacirli isə valideynin ondan pul qoparmaq məqsədilə şərlədiyini bildirir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG