Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

DHL Almaniya şirkətinin Şərqi Avropa üzrə icraçı direktoru Kərəm Behçet İnanc şirkətin Bakıdakı təmsilçiliyinə rəhbərlik edəcək.

DHL Global Forwarding Azerbaijan törəmə şirkəti artıq Vergilər Nazirliyində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır.

Yüklərin Çindən Avropaya tranzitindən ötrü logistika habı yaradılması barədə mayın 22-də İstanbulda razılaşma əldə edilib. Razılaşma sənədini Azərbaycan Dəmir Yolları, DHL-in Şərqi Avropa və Çin üzrə direktorları imzalayıb .

Buna da bax:​ Yeni logistika mərkəzi qurulur - «Pasha Group»a bağlı şirkət tərəfindən

DHL şirkəti 1969-cu ildə yaradılıb və logistika üzrə dünya lideri sayılır. 200 ölkənin 120 min şəhərində 5 min ofisi var.

Logistika məhsulun və ya servizin müştərinin tələbatını ödəməkdən ötrü hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG