Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:48

Məcburi köçkünlər yolu bağladılar


-

İyunun 29-da Dərnəgüldə N.Tusi adına Azərbaycan Pedoqoji Unversitetin 1 saylı yataqxanasında məskunlaşan bir qrup məcburi köçkün yaxınlıqdan keçən avtomobil yolunu bağlayıb.

Onlar məskunlaşdıqları binanın qəzalı vəziyyətdə olmasından, dəfələrlə müraciət etmələrinə baxmayaraq əlaqədar qurumların heç bir tədbir görməməsindən şikayətləniblər.

Yolu bağlayanların bəziləri Qarabağ müharibəsi iştirakçısı olduqlarını deyiblər. Qarabağda döyüşlərdə ayaqlarından birini itirdiyini söyləyən Cəbi Həsənov qeyd edib ki, 9 mərtəbəli yataqxana binasında məskunlaşan sakinlərin dövlət orqanlarına müraciətləri cavabsız qalıb:

“Hamısına müraciət etmişik. Hamısı burdakı vəziyyətdən xəbərdardır. Heç bir addım atmırlar”

____________________________________________________________

Bunlara da bax:
Valyuta ehtiyatları 12 milyard azalıb
Türkiyənin turizm sektoruna 15 milyardlıq zərbə

____________________________________________________________

Cəbi Həsənov deyib ki, 9 mərtəbəli yataqxana binası qəza vəziyyətindədir. Yaşamağa yaramır:

“Buna suyun içindədir. Kənardan da görünür ki, bina çökür, əyilib. Burda o qədər insan məskunlaşıb, bir gün çökəcək, hamı qırılıb batacaq. Gəlsinlər, camaatı köçürüb, uçursunlar. Burda insan yaşaya bilməz”.

Yataqxanada məskunlaşanların aksiyası yarım saatadək davam edib. Onların problemi ilə heç kim maraqlanmayıb.

Yol polisi, post-patrul xidməti əməkdaşlarının əraziyə gəlməsindən sonra aksiya iştirakçıları dağılışıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG