Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:15

320 manatlıq dərmanı 1200 manata satdığına görə məhkəməyə çıxarılıb


"Avis" apteki

"Avis" apteki

"Həmin vaxt "Pegintron 80" dərmanı "Avromed"də yox idi. Ona görə də özümüz Türkiyədən gətirib o qiymətə satırdıq".

Bunu "My Med" MMC-nin həbsdə olan direktoru Elmir Məhərov məhkəmədə deyib. O, süni qiymət artımında, ölkədə dərman qıtlığı yaradıb, sonra daha baha qiymətə satmaqda günahlandırılır. İttihama görə, bu MMC-nin tabeliyində olan "AVİS" apteklər şəbəkəsində diabet xəstəliyinin müalicəsinə nəzərdə tutulan "Pegintron 80" dərmanı qiymətindən dörd dəfə baha - 1200 manata satılıb. Əslində isə dərmanın qiyməti 320 manatdır.

Buna da bax:​ Qiymət qaldırmaqda suçlananlar məhkəmə önündə

"AVİS" apteklər şəbəkəsində diabet xəstəliyinin müalicəsinə nəzərdə tutulan "Pegintron 80" dərmanı qiymətindən dörd dəfə baha - 1200 manata satılıb.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Sentyabrın 20-də məhkəmə iclasında şahidlər dindirilib. Şahidlər arasında həmin dərmanı "AVİS"dən 1220 manata aldığını deyən Ramid Abdullayev də olub.

“İDARƏYƏ MÜRACİƏT ELƏDİM”

"O dərmanı qohumuma alırdım. Alıb gətirdim, qohumum dedi ki, “axı bunun qiyməti 326 manatdı”. Bundan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət elədim", – Ramid Abdullayev bildirib.

Hakim təqsirləndirilən Elmir Məhərovdan dərmanı qiymətindən dörd dəfə baha satmağa ixtiyarları olub-olmadığını soruşub.

"Bəli, ixtiyarımız var idi", - Elmir Məhərov cavab verib.

Buna da bax:​ «Dövlətin büdcəni xəstə vətəndaşın hesabına doldurması...»

Məhkəmə prosesi sentyabrın 30-da davam edəcək.

Elmir Məhərov yanvarın 29-da həbs olunub. Ona qarşı CM-nin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200-cü (istehlakçıları aldatma) maddələrilə ittiham olunur. Lakin E. Məhərov özünü təqsirli bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG