Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:44

'Dərman istehsalında Rusiya və İran düzgün seçim deyil' [video]


Azərbaycan dərman istehsalına hazırlaşır, amma niyəsə İran və Rusiya ilə birlikdə
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

Azərbaycan özü dərman istehsal etmək istəyir [video]

Ümid var ki, Azərbaycanda dərmanlar ucuzlaşa bilər - əgər hər şey hökumətin planı baş tutsa və ölkə dərman istehsalına başlaya bilsə.

İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, hökumət qarşıdakı üç ildə Azərbaycanda bir neçə dərman zavodunu işə salmağı planlaşdırır:

“Bu gün biz əczaçılıq məhsullarının demək olar ki, 100 faizini xaricdən idxal edirik, lakin üç il ərzində bu sahədə dönüş olacaq. Biz ölkənin dərman təhlükəsizliyinin təmin olunması üçün vacib tədbirlər görəcəyik”.

Buna da bax:​ Dərman istehsalında ilk addım

Dərman zavodları tikiləndən sonra

Azərbaycan təkcə özünə yetəcək qədər deyil, başqa ölkələrə sata biləcək qədər də dərman istehsal etmək iddiasındadır.

Nəzərdə tutulan zavodlardan biri İranla müştərək tikilir. Bugünlərdə İranın əmək və sosial rifah naziri Əli Rəbii deyib ki, Azərbaycan-İran birgə əczaçılıq zavodu “Caspian Pharmed” hər il 100 milyon dollar həcmində dərman ixrac edəcək.

Dəyəri 20,6 milyon dollar olan layihə üçün investisiyasının təqribən yarısını İran, yarısını Azərbaycan qoyur. Məlumatı Trend agentliyi yayıb.

Buna da bax: Azərbaycanda yeni dərman zavodu tikilir

Yaxşı olardı Avropa ölkələri ilə dərman istehsal olunaydı

Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, Azərbaycanın dərman istehsal etməsi yaxşı haldır, amma:

“Azərbaycanın dərman istehsalı İranla müştərək aparılır. Yaxşı olardı ki, bu istehsal Avropanın məşhur şirkətləri ilə birlikdə aparılardı. Amma ən azı minimum dərman istehsalı ölkənin daxili bazarında sabitlik üçün vacibdir”.

Azərbaycanın başqa bir dərman istehsalı tərəfdaşı Rusiyadır. Ötən yay Rusiyanın “R-farm” şirkəti arasında əczaçılıq istehsalının təşkil edilməsi haqqında memorandum imzalanıb.

Buna da bax:​ Səhiyyə nazirliyi keyfiyyətsiz dərmanlarla necə mübarizə aparır?

Rusiya və İran düzgün seçim deyil

İqtisadçı Natiq Cəfərli də deyir ki, Azərbaycanın tərəfdaş kimi Rusiya və İranı seçməsi yaxşı deyil, çünki Rusiya özü dərmanın 70 faizini xaricdən alır:

“İranda da eyni problemdir, texnoloji gerilik var. Bir çox ölkələrdə İran istehsalı dərmanlar qadağan olunub. Qərbin embarqoları və izolyasiyaları nəticəsində bu texnoloji yenilənmə baş verməyib. Əgər hökumətin belə bir fikri var idisə, niyə Azərbaycanla maraqlanan yüksək keyfiyyətli dərmanlar istehsal edən Avropa və Türkiyə istehsalçıları ilə yox, İran və Rusiya istehsalçıları ilə müqavilə bağlayıb, zavod tikməyə başladı. Bax bu, şübhə doğurur”.

Buna da bax:​ Pakistan şirkətləri Azərbaycanda dərman istehsal etmək istəyir

Bu şübhəyə aydınlıq gətirmək üçün İqtisadiyyat Nazirliyi ilə gün ərzində danışmağa çalışdıq, telefon zənglərimizə cavab verən tapılmadı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG