Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:59

Milli Məclis (MM) üzvlərinin müraciəti dollar krediti problemini yenidən gündəmə gətirib. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı ANS-ə müsahibəsində bəzi millət vəkillərinin dollar kreditləri ilə bağlı təşəbbüslərinə də münasibət bildirib:

«Millət vəkillərinin bəzi təşəbbüsləri bizim təşəbbüslərlə üst-üstə düşür. Bu təşəbbüslər qısamüddətli və uzunmüddətli tədbirlər planında öz əskini tapıb. Müəyyən fikir ayrılıqları da var ki, bunlar barədə deputatların özlərinə və aidiyyəti qurumlara bildirmişik».

Söhbət MM üzvləri Əli Məsimli və Vahid Əhmədovun xarici valyutada verilən bank kreditlərinə dair təkliflər paketindən gedir. Palata sədrinin sözlərindən deputatlara rəsmi cavab verildiyi qənaəti çıxsa da, deputat Əli Məsimli AzadlıqRadiosuna hələ rəsmi cavab almadıqlarını söyləyib.

Hər gün yeni videolar burada -

«PAKETİ 3 ÜNVANA...»

Deputat bu il aprelin 29-da həmkarı Vahid Əhmədovla birgə təkliflər paketi hazırladığını bildirir. Bir sıra mütəxəssislərin fikirləri də əksini tapmış təkliflər ölkədə maliyyə dayanıqlığını təmin etmək və xarici valyutadakı kreditlərlə bağlıproblemi yumşaltmaq vəzifələrini hədəf götürübmüş:

«Paketi 3 ünvana - Milli Məclisin sədrinə, prezidentin iqtisadi islahatlar üzrə köməkçisinə və MBNP-nin Direktorlar Şurası sədrinə göndərmişik. Bizim təkliflər paketi sadalananlarla yanaşı, başqa qurumlara da çatdırılıb. Hələ ki, sözügedən qurumların heç birindən təkliflər paketimizlə bağlı yazılı cavab almamışıq».

QURUMLAR CAVABLARINI PREZİDENTİN KÖMƏKÇİSİNƏ GÖNDƏRİBLƏR?

Ə.Məsimlinin sözlərinə görə, MBNP və Mərkəzi Bank təkliflərlə bağlı rəylərini birbaşa Prezidentin iqtisadi islahatlar üzrə köməkçisinə də göndərə bilər:

«Ola bilər bütün strukturlar cavablarını prezidentin iqtisadi islahatlar üzrə köməkçisinə göndərəcək və bundan sonra bizə bütün strukturların mövqeyini əks etdirən ümumi cavab veriləcək. Həmin səviyyədə bizimlə görüş keçirib, təkliflərimizi müzakirə etmək də bir başqa yoldur. Beləcə, fikir birliyi və fikir ayrılığı olan bəzi məqamlardan xəbər tuta bilərik».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG