Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 00:37

Deputata qarşı 685 min manatlıq yeni məhkəmə iddiası


Millət vəkili Elmira Axundova

Millət vəkili Elmira Axundova


Deputat Elmira Axundovaya qarşı 685 min manatlıq məhkəmə iddiası qaldırılıb. İddianı qaldıran isə deputatın oğlu Həbib Axundovdan şikayətçi olan Fərman Məmmədovdur.

Avqustun 19-da Binəqədi Rayon Məhkəməsində Fərman Məmmədovun vəkili Tahir Əlirzayev iddia ərizəsini hakimə təqdim edib.

“GƏLİB SÜBUT ELƏSİN”

Vəkil bildirib ki, Fərman Məmmədov və digərləri Həbib Axundovdan pullarını tələb edirlər. Bunun qarşılığında Elmira Axundova mətbuata yazılı müraciətində Fərman Məmmədovu "dəstə başçısı", digər şikayətçiləri isə "onun əlaltıları" adlandırıb. Vəkilin sözlərinə görə, həmin yazıda Fərman Məmmədovun ailə məsələlərinə, şəxsi həyatına aid məqamlara toxunub, onun dövlət orqanlarına şikayət etməsini "terrorçuluq və reketlik" kimi qiymətləndirib. Mətbuatda yayımlanan həmin məqalədə həmçinin Fərman Məmmədovun mətbuat orqanlarına rüşvət verdiyi iddia olunub.

"Zəhmət olmasa, Elmira Axundova gəlsin, Fərman Məmmədovu ittiham etdiyi reketlik, rüşvət vermə və digər əməlləri burada sübut eləsin. Yazıb ki, Fərman Məmmədov obyekti icarəyə verib pul alır. Neyləməlidi, başqaları kimi ona-buna "atıb" dolanmalıdı?", – vəkil Tahir Əlirzayev bildirib.

İddia ərizəsində böhtan və təhqirə görə deputatın barəsində xüsusi qərar çıxarılıb prokurorluğa göndərilməsi də xahiş olunur.

***Buna da baxın: Sələmə pul vermiş deputat 328 min dollarını istəyir​

İDDİAYA BAXILACAQ

Deputatın nümayəndəsi Rövşən Yusifov sözügedən yazıda şərəf və ləyaqətin təhqir olunmadığını desə də, iddianın icraata götürülməsinə etiraz etməyib. Deyib ki, bu məsələni məhkəmənin öhdəsinə buraxır.

Həbib Axundovun nümayəndəsi Afət Qazıyeva da iddianın icraata götürülməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxdığını deyib.

Məhkəmə də iddianı icraata qəbul edib.

Deputatın iddiaya münasibət bildirməsi üçün proses sentyabrın 6-na qədər təxirə salınıb.

Qeyd edək ki, Elmira Axundova özü də ondan və oğlundan dövlət orqanlarına şikayətlər göndərən Fərman Məmmədov və daha bir neçə nəfərə qarşı 100 min manatlıq iddia qaldırıb. Deputat onlardan təzminat, üzrlə yanaşı, həm də prezidentə, Milli Məclisə və digər qurumlara təkzib məktubu göndərməyi tələb edir. Eyni zamanda, istəyir ki, məhkəmə ondan və oğlundan şikayət edən şəxslərin üzərinə onlarda olan səs yazıları, fotoşəkillərin ləğvi və istifadəsinin qadağan edilməsi barədə vəzifə qoysun.

Günün bütün mövzuları

XS
SM
MD
LG