Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:09

Məhşur romançının oğlu dələduzluqda ittiham olunur - ikinci dəfə...


Fərman Kərimzadə
Fərman Kərimzadə

Bakı Ağır Cinayətlər Məhkəməsində xeyli vaxtdır tanınmış yazıçı Fərman Kərimzadənin oğlu mühakimə olunur. 3 saylı hüquq məsləhətxanasında vəkil çalışmış Əziz Kərimzadə dələduzluqda suçlanır.

İttihama görə, Əziz Kərimzadə, müxtəlif problemlərini çözmək adıyla, 4 nəfərdən toplam 60 min manata yaxın pul alıb. Amma nə iş çözülüb, nə də pul qaytarılıb. Əziz Kərimzadə özünü təqsirli bilmir.

Noyabrın 4-dəki məhkəmə iclasında - şahid İlkin Mehdiyevin ifadəsində yazıçının qızının da adı hallanıb. O deyib ki, Əziz Kərimzadəni cəmi iki dəfə görüb, amma onun bacısı Yeganəni tanıyırdı, elə pul da onun vasitəsilə verilib.

Buna da bax:​ Fərman Kərimzadənin oğlu məhkəmə qarşısında

"Dedi ki, qardaşım lisenziya almağa kömək edə bilər"

"Bizim məktəbəqədər tədris mərkəzimiz vardı. Ona lisenziya almaq istəyirdik. Yeganə dedi ki, qardaşının tanışları var, bu işi həll edə bilər. Bizim şirkətin təsisçisi İlahə xanım, mən də icraçı direktor idim. Lisenziya almaq üçün 10 min manatı mən özüm, 4 min 500 manatı da İlahə xanım verib. Sonradan Əzizi görməmişəm. Danışıqları isə təsisçi kimi, İlahə xanım aparıb", - həmin şahidin sözləridir.

İfadədə adı çəkilən İlahə Əliyeva bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan dörd nəfərdən biridir.

Əziz Kərimzadə şahidin doğru danışmadığını deyib və heç kimdən pul almadığını bildirib: "Aramızda olan yazışmalarda da İlkin mənə yazmışdı ki, İlahə ilə pul söhbəti eləməyim. Mən ondan pul almamışam".

Buna da bax:​ 'Oğlumu SOCAR-da işə düzəltmək üçün 15 min aldı…'

Əziz Kərimzadə ötən məhkəmə iclaslarının birində bacısının dindirilməsi barədə vəsatət qaldırsa da, bacısı dindirilməmişdi.

Prokuror noyabrın 4-dəki məhkəmədə bu işlə bağlı məhkəmə istintaqının yekunlaşması məsələsini qaldırıb, amma məhkəmə bu vəsatətlə bağlı qərar verməyib. Noyabrın 10-da keçiriləcək növbəti məhkəmə iclasında həmin vəsatətə baxılacaq.

Əvvəl də məhkum olunub

Əziz Kərimzadə daha öncə də dələduzluq ittihamı ilə məhkum edilib. O, 2012-ci ilin yayında Elçin Muradov adlı vətəndaşın şikayəti əsasında həbs olunubmuş. Muradov şikayətində göstəribmiş ki, Əziz Kərimzadə özünü vəkil kimi təqdim edib və onun 12 min manatını mənimsəyib. Əziz Kərimzadə həmin iş üzrə tanışı Azər Qurbanovla birlikdə mühakimə olunubmuş.

Buna da bax: ​Bir bankda müştərilərin başına açılan oyunlar...

O zaman Bakı Ağır Cinayətlər Məhkəməsi dəymiş ziyanı ödəmələrini əsas götürərək, onları şərti cəza ilə azadlığa buraxıbmış.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG