Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:15

.

Noyabrın 6-da AMEA-nın Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos” və “Etnos” adlı beynəlxalq simpozium işə başlayıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, simpozium Prezident yanında Bilik Fondu, AMEA-nın Nizami adına Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə reallaşıb.

Simpozium iştirakçıları vurğulayıblar ki, ötən müddət ərzində “Dədə Qorqud” dastanları ilə bağlı çox sayda araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.

2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olub.

Simpoziumda dastanın tədqiqi tarixindən bəhs edən mühazirələr dinlənilib və fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG