Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:23

«Bank Silk Way» ASC Müşahidə Şurasının yenilənmiş tərkibində Jaouad Dbila-nın adı yoxdur

«Bank Silk Way» ASC Müşahidə Şurası-nın yenilənmiş tərkibini açıqlarkən, 3 nəfərdən ibarət yeni şurada Jaouad Dbila-nın adına rast gəlinməyib. O, bankın da təmsil olunduğu holdinqin sahiblərindən biri və AZAL prezidenti Cahangir Əsgərovun ailəsinə yaxın şəxs kimi tanınır.

Buna da bax: Prezidentin qızı banka necə sahib oldu?

Daha öncə Müşahidə Şurasında 5 nədər vardı

Bankın yeni təqdim olunan saytında Müşahidə Şurası üzvləri arasında Jaouad Dbila ilə yanaşı, Lyubov Andropova da yoxdur . Halbuki bankın 2016-cı ilin yarımillik hesabatında Müşahidə Şurası, onlar da daxil, beş nəfərdən ibarət idi.

«Silk Way Holding» MMC-nin mətbuat katibi Paşa Kəsəmənski məsələdən məlumatlı olmadığını, şirkət rəhbərliyi ilə məsləhətləşmədən sonra əlavə bilgi verəcəyini bildirib.

Noyabrın 16-da «Silk Way Holding»ə dolayısıyla bağlı «Caspian Trans Line» şirkətinin ləğvinə dair təsisçilərin qərarı elan olunmasaydı, bu fakta diqqət yetirməmək də mümkün idi. Həmin şirkət Mərakeş əsilli Jaouad Dbila-ya məxsus idi.

Şirkət iki ay boyunca Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı Karqo Terminalında (hüquqi ünvanında) kreditorların borc tələblərini qəbul edəcək. AzadlıqRadiosu sözügedən şirkətin nə işlə məşğul olduğunu holdinqdən öyrənə bilməyib.

Buna da bax: Prezident İlham Əliyevin qızı bank üzərində nəzarət əldə edib​

Şirkətin təsisçisi, həm də çay ixtiraçısı

«Caspian Trans Line» MMC-ni 2010-cu ildə, biri J. Dbila, 3 nəfər təsis edib. Digər iki şəxs - Zaur Cənan oğlu Axundov və Akif Əsgər oğlu Əsgərovdur. Z. Axundov «Silk Way Holding» MMC-nin prezidentidir. İkinci şəxs haqqında yalnız bu bilinir ki, o,akademik Arif Paşayev, «Azersun Holding»in prezidenti Abdolbari Gözal və başqa şəxslərlə birlikdə «Çayın fermentasiya üsülu»nu tapıb patentləşdirib (https://goo.gl/JNdRR2).

Eyni şirkət 2012-ci ildə ləğv olunubmuş?

Maraqlıdır ki, «Caspian Trans Line» MMC-ninsahib olduğu vergi ödəyicisinin identifikasiya nömrəsini daşıyan «Caspian Line Trans» MMC hələ 2012-ci ilin mayında (https://goo.gl/tVf2F6) ləğvi haqda ictimaiyyəti məlimatlandırmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG