Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:53

«Baş verənlər Putinin hibrid müharibəsinin davamıdır»


Futbol üzrə AÇ, Parc des Princes, Paris, Fransa

Futbol üzrə AÇ, Parc des Princes, Paris, Fransa

The Guardian qəzetinin yazdığına görə, Böyük Britaniya hökumətində olan yüksək rütbəli məmurlar Rusiya və İngiltərə yığmalarının fanatlarının dava-dalaşını Kremlin sanksiyalaşdırdığını iddia edir. Bu qaynağın informasiyasında deyilir ki, Rusiya yığmasının azarkeşlərinin böyük əksəriyyəti güc strukturlarının əməkdaşları olub. Tabloid fanatların yüksək təşkilatlanma və əlaqələndirmə bacarığını xüsusi qeyd edib: «Baş verənlər Putinin başlatdığı hibrid müharibənin davamıdır».

Namaz qıldı, qovuldu

Sudinfo portalı Nitsa merinin 1-ci müavini Christian Estrosi rəsmi fan-zonadan müsəlman mühafizəçinin çıxarılmasını tələb etdiyini xəbər verir. Mühafizəçi namaz qılarkən kameralara tuş gəlib. Meriyanın qərarı isə fan-zonada dini xarakterli istənilən aktı qadağan edir.

Polis həmin mühafizəçinin kimliyini dəqiqləşdirəndən sonra fan-zonanı tərk etməsinə qərar verib.

Ronaldo Figonu ötdü

AÇ-2016-nın Avstriya ilə oyununun start heyətində meydana çıxan Portuqaliya yığmasının hücumçusu Cristiano Ronaldo oyun sayına görə komandasının rekordçusu olub. 2003-cü ildən milli komandanın formasını geyən 31 yaşlı futbolçunun hesabında 128 oyun var. Buna qədər Portuqaliya yığmasının rekordçusu 127 oyun ilə Luis Figo idi.

Ronaldo həmçinin AÇ-də oyun sayına görə fransız Lilian Thuram və holland Edwin van der Sar-a çatıb. İndi hər üç futbolçunun hesabında 16 oyun var. Son turda Macarıstana qarşı da oynayacağını nəzərə alsaq, Ronaldo turnirin mütləq rekordçusu olacaq.

AÇ-də qol sayına görə isə Ronaldo yalnız üçüncüdür – 6 top. Bu göstəricidə lider 9 qolla Michel Platinidir.

Fomenko istefa verəcək

Ukrayna yığmasının baş məşqçisi Mykhaylo Fomenko AÇ-2016-nın ardından istefa verəcək. «Ukraina» telekanalının yaydığı xəbərə görə, Fomenko milli komandanın oyunçuları ilə söhbətdə Polşa ilə oyunun baş məşqçi postunda sonuncu oyunu olacağını elan edib. Xatırladaq ki, qrupda keçirdiyi ilk iki oyunda Almaniya və Şimali İrlandiyaya 0:2 hesabıyla uduzan Ukrayna pley-offa adlamaq şansının hamıdan əvvəl itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG