Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:22

►VHP:” Nəsimi Qafarov polisdə fiziki işgəncələrə məruz qalıb, onu döyüblər”

Sabir Rüstəmxanlının sədrlik etdiyi Vətəndaş Həmrəyliyi Pariyasının Daşkəsən rayon təşkilatının sədri Nəsimi Qafarov saxlanıb.

Bu haqda partiya sədrinin müavini Samir Əsədli bilgi yayıb.

S.Əsədli partiya təmsilçisinin saxlanmasının ombudsman Elmira Süleymanovanın Daşkəsən rayonuna səfəri ilə bağlı olduğunu güman edib

“Ötən həftə ombudsman Daşkəsənə səfər etmişdi. O zaman icra hakimiyyətinin nümayəndələri E.Süleymanova ilə görüşmək istəyən vətəndaşları aldadaraq, bir otağa yığmış, görüşə imkan verməmişdi. Nəsimi Qafarov isə buna öz etirazını bildirdirərək şikayətçilərin görüşə buraxılmasını tələb etmişdi. O məsələni mətbuata da çıxarmışdı”, S.Əsədli deyib.

Sədr müvinin bildirdiyinə görə, iyunun 14-də gecə polis şöbəsinin əməkdaşları N.Qafarovu saxlayıblar.

“Onun barəsində saxta iltizam işi açıblar. Məhkəməyə çıxarılan N.Qafarova guya rayon polis şöbəsi rəisinin avtomobilini təhlükəli şəkildə ötdüyü iddiası ilə 15 sutka inzibati həbs cəzası verilib. Nəsimi Qafarov polisdə fiziki işgəncələrə məruz qalıb, onu döyüblər. Maşını da əlindən alınıb və geri qaytarılmır”.

____________________________________________________________

Bunlara da bax:
Kollektivi “Azadlıq”a buraxmayıblar
Qanad açmış avtobus, uçur buludlar arasında

____________________________________________________________

Vətəndaş Həmrəyliyi Pariyası təmsilçisinin işgəncə iddiasına Daşkəsən polisindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Ancaq Daxili İşlər Nazirliyinin rəsmiləri işgəncə iddialarını bir qayda olaraq təkzib edirlər.

Məsələyə Omudsman Aparatından da münasibət bildirilməyib.

Buna da bax: Fransada 1 milyonluq etiraz aksiyası keçirilib

Günün bütün mövzuları

XS
SM
MD
LG