Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 17:54

-

İyulun 27-də Daşkəsən Rayon Məhkəməsinin qəararı ilə Ədalət partiyasının rayon şəbəsinin sədri Elşad Qafarovun 8 ay həbs cəzası aldığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna onun oğlu, Vətəndaş Həmrəyliyi Partiyasının yerli təşkilatının sədri Nasimi Qafarov məlumat verib.

Nəsimi Qafarovun deməsinə görə, atası cinayət məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunurdu:

“Atamdan siyasi fəaliyyətinə görə, qisas aldılar. Güya O, “Azərsu”ASC-nin bir işçisini döyüb. Halbuki, atama yalandan şər atıblar. Məhkəmə də iş sifariş olduğundan, bizim şahidlərin yox, yalançı şahidlərin dediklərini əsas götürdü”

Nəsimi Qafarov deyir ki, atası rayondakı karrupsiya halları ilə bağlı tez-tez mətbuata məlumatlar ötürüb.Onun gümanına görə, elə buna görə də, atasından intiqam alıblar.

Nəsimi Qafarov yada salır ki, bu il iyunun 14-də onun özü də 15 sutka inzibati həbs cəzası alıb:

“Yalandan təşkil etdilər ki, güya rayon polis şöbəsi rəisinin avtomobilini təhlükəli şəkildə ötmüşdüm.Halbuki, mənə də şər atdmışdılar”

Gücə saatları olduğundan Daşkəsən Rayon Məhkəməsi və digər yerli rəsmi qurumlardan bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG