Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 19:41

►«Azərbaycanda daşınmaz əmlakla bağlı bazar məlumatları açıqlanmır»

Bu üzdən, ekspertlər ötən ay əmlak bazarındakı canlanmanın gerçək səbəblərini izah etməkdə çətinlik çəkirlər

İyunda mənzil, torpaq, biznes və ofis məqsədilə istifadə olunan əmlakın alqı-satqısında artım qeydə alınıb. Daşınmaz əmlak bazarında aktivlik 10 faiz yüksəlib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yarımillik hesabatında belə deyilir.

«Neqativ gözləntilər effekti» aybaay təsirini azaldır?

İkinci devalvasiyanın (21 dekabr 2015-ci il) daşınmaz əmlak, xüsusən mənzil bazarında doğurduğu «neqativ gözləntilər effekti» aybaay təsirini azaltmaqdadır. Təkcə iyun ayında ilkin və təkrar bazarda toplam 16 min əmlaka mülkiyyət sənədləri təqdim olunub. Bu, may ayında bazarda qeydə alınmış əqdlərdən 1500 ədəd çoxdur.

Daşınmaz əmlak bazarında ixtisaslaşmış «BA Consulting Group» şirkətinin analitiki Bahadur İbrahimov gözəçarpan meylləri AzadlıqRadiosuna meylləri şərh edərkən deyib ki, «əslində, baş verənləri elə də şişirtməyə gərək yoxdur. Bazarda müəyyən investisiya fəalllığı yaşanmaqdadır və bu, əsasən, aşağı dəyərli mənzillər və kiçik torpaq sahələri üzrə qeydə alınır».

«Bankdan əmanətini çıxaranlar indi...»

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

«Manatın dəyərsizləşməsi nəticəsində pulunu banka etibar etmiş əmanətçilər investisiya aləti kimi yenidən daşınmaz əmlaka üz tutublar. Belə hallar əvvəlki böhran dönəmlərində də qeydə alınıb. Bankdan əmanətini çıxaranlar indi pulu 1-2 otaqlı ucuz evlərə və torpaq sahələrinə yatırırlar. Bahalı və elit mənzillər seqmenti barədə bunu demək çətindir. Prosesi stimullaşdıran həm də odur ki, mənzillərin qiyməti, dollar ifadəsilə, 2 dəfəyə yaxın ucuzlaşıb. Əvvəllər 100 min ABŞ dollarına təklif olunan evi indi 100 min manata almaq mümkündür. Hərçənd, indiki manat əvvəlkindən daha aşağı dəyərdədir».

Bazarda nisbi fəallığa Bakıda «Sovetski» deyilən məhəllədə evlərin və torpaq sahələrinin dövlət ehtiyacları üçün satın alınması da az təsir göstərmir.

Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, köçürmə işləri üzrə komissiyanın sədri Səməd İslamov KİV-ə açıqlamasında indiyədək «Sovetski»dən 3 min 425 yaşayış obyektinin satın alındığını bildirib. Bu rəqəmin böyük bir hissəsi 2016-cı ilin payına düşür.

Buna da bax: «Sovetski»dəki söküntülərin evləri bahalaşdırdığı deyilir

Ötən ildən geridir

Ümumiyyətlə isə, bu il daşınmaz əmlak bazarı ötən ildən geri qalır. Altı ayda daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyatlarının sayı 2015-ci ilə nisbətən 21 faizdən çox azalıb və 83 min 219-a enib.

Bu il bazarda ən alınıb-satılan torpaq sahələridir. İlin əvvəlindən bəri mülkiyyət sənədi verilən əmlakın yarıdan çoxu (43,3 min) torpağın payına düşür.

Qeyri-yaşayış sahələrinin qeydiyyatında isə sabitləşmə gözə dəyir. Ötən il olduğu kimi, bu ilin altı ayında da 1500-dən çox qeyri-yaşayış sahəsinə mülkiyyət sənədi verilib.

İnkişaf etmiş ölkələrdən fərqli olaraq...

Bu statistikaya alqı-satqı, vərəsəlik, yarımçıq sənədli vahidlər üzrə yekun qeydiyyat və sair əməliyyatlar nəticəsində qeydiyyat prosedurlarının sayı daxildir. Daşınmaz əmlak mütəxəssisi Rəşad Əliyev AzadlıqRadiosuna deyib ki, dövlət qurumu əmlakın alqı-satqısına dair statistikanı təqdim etmədiyindən, bazardakı aktivliyin gerçək səbəblərini görmək olmur:

«İnkişaf etmiş ölkələrdən fərqli olaraq, Azərbaycanda daşınmaz əmlakla bağlı bazar məlumatları dərc edilmir. Bununla belə hesab edirəm ki, əmlak hüquqları qeydiyyatının yarıdan çoxu alqı-satqı ilə bağlı əməliyyatlardır».

Günün bütün mövzuları

XS
SM
MD
LG