Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:11

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin saytı xəbər verir ki, təmir Bakı-Pirşağı-Sumqayıt istiqamətindəki 29.2 kilometr uzunluğunda xətti əhatə edir.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir.

Buna da bax:​ Azərbaycanda yollara 25 milyard xərclənib

Hazırda dairəvi dəmir yolun Nərimanov – Böyükşor istiqamətindəki 2.2 kilometrlik hissəsi təmir edilir. Köhnə yol sökülür, torpaq yatağı işlənir.

Sayt bildirir ki, təmir işləri həyata keçirildikdən sonra, Bakı və ətraf kəndlərin əhalisinin dəmir yolundan istifadəsi daha da artacaq. Bu, nəqliyyat problemini qismən də olsa aradan qaldıracaq.

Buna da bax: 'Biznes-klass' vaqonunda qiymət düşdü

Təmir işlərinin 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisinin elektrik qatarlarının xidmətindən daha çox istifadə etməsinə imkan yaratmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG