Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

SOCAR daha iki şirkət qurub


SOCAR-ın yeni binası qarşısında, 30 may, 2016

SOCAR-ın yeni binası qarşısında, 30 may, 2016

Azərbaycanın neft və qaz yataqlarının dövlət istismarçısı SOCAR ölkə daxilində biznes fəaliyyətini genişləndirir. Son 10 gün boyunca neft şirkəti ölkə daxilində iki yeni kommersiya təşkilatı qurub.

Birinci yeni şirkət - «SOCAR Capital»

1-ci şırkətə Samir Arif oğlu Kərimov direktor təyin edilib.

Kommersiya qurumlarının dövlət reyestrindən AzadlıqRadiosu-na deyiblər ki, şirkət avqustun 29-da «SOCAR Capital» MMC-ni təsis edib. Yeni qurumun kapitalına 3 milyon manat vəsait yatırılıb. Şirkətin Twitter səhifəsində onun gələcək fəaliyyəti haqqında belə yazılıb: «Başda azərbaycanlı investorlar olmaqla, «SOCAR Capital» bütün yatırımçıların SOCAR gəlirlərindən pay ala bilməsi üçün təsis edilmiş bir platformadır».

Buna da bax:​ SOCAR 100 milyon dollar borclanacaq

2-ci şirkətin direktoru 33 yaşlı Orxan Qəndilovdur, Azərbaycanın Çindəki səfiri Lətif Qəndilovun oğludur.

AzadlıqRadiosu-nun daha öncə xəbər verdiyi kimi, SOCAR 100 milyon ABŞ dolları həcmində istiqrazları Azərbaycanın maliyyə bazarında yerləşdirmək layihəsinin icrasına başlayıb. Görünür, layihə «SOCAR Capital» vasitəsilə icra olunacaq.

«SOCAR Capital» şirkətinə Samir Arif oğlu Kərimov direktor təyin edilib. Hazırda neft şirkəti prezidentinin müşaviri vəzifəsində çalışan S. Kərimov bu ilin aprelinədək «SOCAR Turkey Energy» şirkətinin birinci vitse-prezidenti olub.

Buna da bax:​ 'Petkim'in bazar dəyəri açıqlanıb

İkinci yeni şirkət - «SOCAR Ueyst Menecment Kompleks» MMC

Bu şirkət sentyabrın 9-da qurulub. Təsis sənədlərinin mürəkkəbi hələ qurumayan bu şirkətin nə işlə məşğul olacağı ictimaiyyətə məlum deyil. Yalnız onun nizamnamə kapitalına yatırılan ilkin sərmayənin həcmi (100 min manat) və direktorun adı bilinir. 33 yaşlı Orxan Qəndilov Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovun oğludur.

SOCAR-ın bir müddət öncə «SOCAR GPC» şirkətini də qurmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG