Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:21

D18 Hərəkatı ofisindən çıxarılır


Bakıda “Nadia Savchenkoya azadlıq!” tələbi
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

D18 - Bakıda “Nadia Savchenkoya azadlıq!” tələbi

►“Hər şey polis əməkdaşlarının gəlişi ilə başlayıb”

D18 Hərəkatı Nərimanov rayonu ərazisindəki ofisindən çıxarılır. Bu haqda hərəkatın rəhbəri Ruslan İzzətli məlumat verib.

Hərəkat rəhbəri ofisin boşaldılmasının siyasi motivli olduğunu bildirib.

Onun deməsinə görə, müqavilə əsasında kirayələdikləri ofislə bağlı heç vaxt problem olmayıb. Tərəflər müqavilə öhdəliklərini daima razılaşdırıldığı kimi icra ediblər.

Ruslan İzzətli deyir ki, hər şey bir gün əvvəl polis əməkdaşlarının ofisə gəlməsi ilə başlayıb.

O, qeyd edir ki, polislər dörd nəfər olub. Onlar hərəkatın fəaliyyəti ilə maraqlanıb, üzvlər barədə suallar veriblər.

Hərəkat rəhbərinin sözlərinə görə, iyunun 15-də günortadan sonar isə ofisin sahibi onlardan 2 saat ərzində mülkün boşaldılmasını tələb edib.

“Ofisimizin boşaldılması siyasi qərardır. Burda ictimai önəmli mövzularda müzakirələr olurdu. İyunun 18-də isə simvolik "İlin avtoritar rektor" mükafatının təqdimatını keçirməyi planlaşdırırdıq” – hərəkat rəhbəri bildirib.

D18 hərəkatı fərqli baxışlı ictimai fiqurlardan qurulan təşkilatdır. Hərəkat öz fəaliyyətində cəmiyyətə hər zaman Azərbaycan Xalq Cümhuriyyətini örnək göstərir.

____________________________________________________________

Bunlara da bax:
Kollektivi “Azadlıq”a buraxmayıblar
Qanad açmış avtobus, uçur buludlar arasında

____________________________________________________________

Hərəkatın son aksiyalarından biri Türkiyədə gerçəkləşdirilmişdi. D18 üzvləri “Xədicə İsmayıla azadlıq” aksiyası düzənləmişdilər.

Ondan əvvəl isə Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında “Rusiya Savçenonu azad et!” şüarları səsləndirmişdilər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ruslan İzzətlinin bu açıqlamalarına münasibət almaq, hələlik, mümkün olmayıb.

Buna da bax: «D18» ilin ən avtoritar rektorunu seçdi

«D18» ilin ən avtoritar rektorunu seçdi
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

XS
SM
MD
LG