Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:09

Jurnalistləri Müdafiə Komitəsinin yenicə çapdan çıxmış toplusunda Azərbaycan jurnalistikasının məruz qaldığı hücumlardan bəhs olunur

Jurnalistləri Müdafiə Komitəsinin (Committee to Protect Journalists - CPJ) yenicə çıxmış kitabında deyilir ki, indi “seksuallaşdırılmış zorakılıq, internet qısnamaları və gender zəminli diskriminasiya mətbuat azadlığının buxovlanması alətinə çevrilib”.

Bu kitab təşkilatın illik “Mətbuata hücumlar” (Attacks on the Press) seriyasına daxildir.

Kitabın 2016-cı il nəşrində CPJ əməkdaşlarının və kənar ekspertlərin, jurnalistikanın gender zəminli hücumlarla əlaqədar üzləşdiyi çətinliklərdən və bu yolda göstərdiyi cəsarətdən bəhs edən məqalələri toplanıb.

CPJ-in direktorlarından Courtney Radsch deyib ki, mətbuat azadlığında gender faktorunun təhlili ideyası 5 il bundan əvvəl, CBS kanalının müxbiri Lara Logan Misirdə Ərəb baharı etirazlarının gedişində cinsi təcavüzə məruz qalanda ortaya çıxıb.

Radsch qeyd edib ki, bir çox hallarda qadın jurnalistlərin cəmiyyəti narahat edən ağrılı məsələlərə təmas imkanları daha çox olur.

Radsh-ın fikrincə bunun mənfi tərəfi bundan ibarətdir ki, bir sıra hallarda qadın reportyorlar ciddi qəbul olunmaya bilərlər.

Zərif cinsın ağır missiyası

Direktor bildirib ki, qadınlar öldürülmüş və itkin düşmüş jurnalistlərin siyahısında lazımınca təmsil edilməyiblər.

CPJ təşkilatının 2015-ci il üçün məhbus jurnalistlərin siyahısında 199 jurnalistdən yalnız 9-u qadınlardır.

Jurnalist Arzu Qeybullayeva məqaləsində Xədicə İsmayılovadan geniş bəhs edib

Jurnalist Arzu Qeybullayeva məqaləsində Xədicə İsmayılovadan geniş bəhs edib

Bu da bildirilir ki, burada qadınların çətin reportajlar üçün göndərirlməməsi, onların seksual təcavüzə malik qalacaqlarından ehtiyat edilməsi də rol oynayır.

Radsch deyib ki, belə seksual təcavüz halları barədə çox vaxt informasiya əldə etmək mümkün olmur.

CPJ məhz belə informasiya kasadlığının aradan qaldırılması məqsədilə ayrı-ayrı jurnalistlərin şəxsi təcrübəsini, hekayətlərini əks etdirən yazıları toplu şəklində çap etmək qərarına gəlib.

Bu kitabda bir çox dünya ölkələrinin jurnalistləri kimi Azərbaycan jurnalistlərindən bəhs edilir və bəlkə daha geniş söhbət açılır.

Tənqidə qisasla cavab

Kitaba daxil edilmiş məqalələrdən biri də jurnalist Arzu Qeybullayevanın “Qısnanmış və həbsə atılmış” başlıqlı yazısıdır.

Seksual zəminli qısnanma və şantaja təkcə qadın yox, həm də kişi jurnalistlər məruz qalırlar

Bu məqalənin böyük bir qismi tanınmış təhqiqatçı jurnalist Xədicə İsmayılovanın işinə, bu işdə üzləşdiyi saysız çətinliklərə, Azərbaycanın birinci ailəsinin şübhəli biznesi ilə bağlı araşdırmalarına görə qısnanmasına, seksual zəminli şantaja məruz qalmasına və sonunda məhbus edilməsinə həsr olunub.

Məqalədə deyilir ki, Xədicə İsmayılovanın təhqiqatları Əliyevlərin AZAL hava şirkətinin bir sıra xidmətlərini qanunsuz olaraq özəlləşdirməsini, 2012-ci Eurovision Mahnı Yarışı üçün tikilmiş Crystal Hall konsert zalından mənfəət götürməsini, prezident qızlarının ölkənin qızıl mədənlərinə sahiblənməsini faş edirdi.

Arzu Qeybullayeva yazır ki, bu təhqiqatların ardınca, ifşa faktlarına aid hər hansı şərh verməkdən yayınan hakimiyyət Xədicədən öz qisasını 2012-ci ildə baş vermis qalmaqallı seks videosu şantajı ilə almışdı.

Şəxsi nəticələr

Müəllif qeyd edir ki, Xədicə İsmayılovaya bu hücum Azərbaycanda müstəqil jurnalistikaya qarşı seksual zəminli hücumlardan birincisi deyildi.

Məqalədə deyilir ki, seksual zəminli qısnanma və şantaja təkcə qadın yox, həm də kişi jurnalistlər məruz qalırlar.

Qeybullayeva bu cür hücumlara məruz qalmış həmkarları – “Azadlıq” qəzetinin keçmiş rəhbərləri Qənimət Zahid və Azər Əhmədovun başına gələnləri misal gətirir.

O hökuməti tənqid etdiyinə görə özünün üzləşdiyi şantaj və hədələr, təqib və qısnamalardan da söz açır.

Jurnalist yazır ki, Azərbaycanda hazırda hakim olan rejimin tənqidi və ifşası hər bir jurnalist üçün şəxsi zəmində qisas və hücumla nəticələnə bilər.

Əgər jurnalistlər Elmar Hüseynovun, bu yaxınlarda isə Rasim Əliyevin başına gələnlər nəzərə alınarsa, bu cür şəxsi nəticələrin heç bir hüdud tanımadığı da bəlli olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG