Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:27

Keçmiş MTN-çilərin mal-mülkünə həbs qoyuldu


Akif Çovdarov
Akif Çovdarov

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarov Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham olunur.

Bu haqda Baş Prokurorluğun sentyabrın 5-də yaydığı məlumatda bildirilir.

Sabiq rəis qanunsuz azadlıqdan məhrum etmə, mənimsəmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, qanunsuz silah əldə etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma, vəzifə saxtakarlığı, hakimiyyətdən sui-istifadə və səlahiyyət həddini aşma cinayətlərində şübhəli bilinir.

Prokurorluq bildirir ki, A. Çovdarovla birgə MTN-in baş idarəsinin 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanov da məsuliyyətə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 179 (mənimsəmə ), 181 (quldurluq) və 182 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə yekun ittihamlar irəli sürülüb. Yekun ittihama habelə, 228 (qanunsuz olaraq silah əldə etmə), 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341 (hakimiyyətdən sui-istifadə etmə) maddələri daxildir. Onların barəsində cinayət işi ayrıca icraatlara verilib.

İttihama görə, adı çəkilən sabiq rəsmilər tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi, fiziki və psixi təsir vasitəsilə 62 nəfərdən külli miqdarda vəsait əldə ediblər.

Buna da bax:​ Akif Çovdarova yeni ittihamlar

62 zərərçəkmiş...

Zərərçəkmişlərdən ümumilikdə, 17 milyon 172 min manat alındığı bildirilir.

Bundan əlavə, zərərçəkmişlərdən 9 milyon 375 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlak, 897 min manat məbləğində rüşvət alındığı iddia olunur.

Prokurorluğun məlumatında həmçinin, sabiq MTN-çilərin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 2 milyon 917 min manatı mənimsədikləri qeyd edilir.

Milyonlar, mənzillər, nəqliyyat vasitələri...

Prokurorluq bildirir ki, A. Çovdarova, S. Məmmədova, A. Əliyevə, O. Osmanova məxsus 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin üzərinə həbs qoyulub. Bura habelə, 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələrinin, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evlərinin, nəqliyyat vasitələrinin, 37 min manat dəyərində də zərgərlik məmulatlarının daxil edildiyi bildirilir.

Buna da bax:​ «MTN-də məndən 350 min istədilər»

İttiham aktının sentyabrın 5-də Bakı Hərbi Məhkəməsinə göndərildiyi qeyd edilir.

A. Çovdarov və digərləri ötən il noyabrında həbs edilib. O zaman Baş Prokurorluğun yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir. Vəkillərinin bildirməsinə görə, A. Çovdarov və onunla həbs edilənlər ittihamları qəbul etmir.

Buna da bax:​ Keçmiş hakim prokurora 100 min rüşvət verdiyini deyir

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksək çinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG