Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:11

MTN generalı ilə bağlı yeni faktlar üzə çıxıb


Akif Çovdarov məhkəməyə aparılır

Akif Çovdarov məhkəməyə aparılır

“Yeni tikilən binadan 10 mənzilin onlara verilməsini istəyiblər”

“Yeni Müsavat” iddia edir ki, MTN generalı olmuş Akif Çovdarovla bağlı yeni faktlar üzə çıxır.

“Hazırda Akif Çovdarov və onun birbaşa tabeliyində olmuş 4 şöbə rəisi məhkəmə qarşısına çıxarılıblar. Odioz general və onun əlaltıları ümumilikdə 54 epizod üzrə ittiham olunurlar. Epizodların mütləq əksəriyyəti hədə-qorxu ilə tələb etmə cinayəti ilə əlaqədardır” yazan “Yeni Müsavat” onlara daha bir faktın məlum olduğundan söz açır.

Buna da bax:​ Akif Çovdarov məhkəmədə şikayət edib

"Epizodların mütləq əksəriyyəti hədə-qorxu ilə tələb etmə cinayəti ilə əlaqədardır”

Bildirir ki, Polad Qabulov adlı bir şəxs tikinti şirkəti rəhbərlərinə hədə-qorxu gəlib onlardan pul alırmış.

Qəzet araşdırıb ki, tikinti şirkətinin rəhbəri 2011-ci ildə Polad Qabulov barəsində Yasamal Rayon Polis İdarəsinin icraatında bu cinayətlə əlaqəli cinayət işi olub: “Lakin həmin dövrdə P.Qabulov güclü himayəçisi, o dövrdə kölgədə qalan Akif Çovdarovun sayəsində istintaqdan yaxa qurtara, cinayət işinin icraatına xitam verdirə bilib. Bu ilin iyulunda isə həmin cinayət işi təzələnib”.

“Yeni Müsavat” əlindəki materiallara istinadən iddia edir ki, istintaq zamanı Qabulovun Akif Çovdarovla sıx əlaqələri ortaya çıxıb: “Elə Qabulov tikinti şirkəti rəhbəri Rüstəm Abdullayevdən tikdiyi binadan istədiyi 10 mənzili vermədiyi təqdirdə MTN zirzəmilərində məhv olacağı ilə hədələyib".

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

Spirtli içki irxacaatı zəifləyib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

“Bizim Yol” yazır ki, 2016-cı ilin ilk 8 ayında 12 052,95 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 344,75 min dollar yaxud 26,5 faiz azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,21 fazini təşkil edib.

Buna da bax:​ İçki ixracı azalıb

Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 39 351,09 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 8 550,19 min dollar və ya 17,85 faiz azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,71% təşkil edib. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

Antalyaya üz tutan azərbaycanlıların sayı artıb

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycandan Türkiyənin Antalya kurort bölgəsinə istirahətə gedənlərin sayı 39 faiz artıb.

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycandan Türkiyənin Antalya kurort bölgəsinə istirahətə gedənlərin sayı 39 faiz artıb.

"Report" yazır ki, bu barədə Antalyanın Ticarət-Sənaye Palatasının prezidenti Davud Çətin məlumat verib.

O, həmçinin Rusiyadan sözügedən bölgəyə turist axınının əhəmiyyətli dərəcədə azaldığını dilə gətirib. Qurum rəhbəri bildirib ki, göstərilən dövr ərzində Antalyaya cəmi 50 min turist gəlib ki, bu da ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 90 faiz azdır.

Buna da bax:​ Şıx və Antaliya çimərliklərinin fərqi (fotoqalereya)

"Biz rusların yerini digər ölkələrin hesabına qismən doldurmağa çalışdıq..."

"Biz rusların yerini digər ölkələrin, xüsusilə İraq, Səudiyyə Ərəbistanı, Ukrayna və İsraildən olan turistlərin hesabına qismən doldurmağa çalışdıq. Lakin əlbəttə ki, bu ölkələrdən turist axınının bir qədər artması da rusiyalı turistlərin yoxluğunu bizim üçün əvəz edə bilmədi", - deyə Çətin "İnterfax"a bildirib.

Ötən il Türkiyəyə ümumilikdə 3,5 milyon turist səyahət edib ki, onların da 2,8 milyondan çoxu Antalya əyalətində dincəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG