Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 05:30

İqtisadiyyat Naziliyində 'çörək toplantısı'


►Qiymətin sabit saxlanması məsələsi...

İqtisadiyyat Nazirliyində taxıl istehsalçıları və maraqlı dövlət strukturlarının iştirakı ilə görüş keçirildiyi bildirilir.

Turan İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda çörəyin qiymətinin sabit saxlanmasının yolları müzakirə edilib.

İclas çörəyin qiymətinin 25 faiz bahalanmasından sonra baş verib.

Ancaq iclasla bağlı rəsmi açıqlama verilməyib.

Bu il yanvarın 15-dən prezident İlham Əliyevin tapşırığı ilə buğda idxalı, satışı, un və çörək satışı Əlavə Dəyər Vergisindən azad edilib.

Ekspertlərin fikrincə, bu, taxılın və unun ucuzlaşması ilə nəticələnib.

Bu il Azərbaycanın Rusiyadan buğdanın tonunu 140 dollara aldığı açıqlanıb. Ötən il buğdanın tonunun 220 dollara alındığı deyilirdi.

2008-ci ildə əhalinin çörəklə təminatı və qiymət sabitliyini qorumaq məqsədi ilə Dövlət Taxıl Fondu (DTF) yaradılıb. İlkin olaraq Fond 200 min ton taxıl qəbul etməli idi. 2014-cü ildə kvota 500 min ton, 2015-ci ildə 750 min ton olub.

Buna da bax: Çörək bahalaşdı - sadə vətəndaşlar nə düşünür?



Subsidiyalardan səmərəsiz istifadə yoxsa taxıl idxalında “qazanc”?

DTF yerli taxıl almır. Azərbaycanda 3-cü sinif taxıl istehsal olunmadığı bildirilir.

DTF-yə Fövqəladə Hallar Nazirliyi nəzarət edir.

Kənd Təsərrüfatı Nazirliyi ( KTN) 2015-ci ildə ölkədə 2 milyon 999 min ton taxıl istehsal edildiyini bildirir. Bu il bu göstərici 3 milyon tona çatdırılmalıdır.

Ekspertlər bu rəqəmə şübhə edir. Azərbaycanın ərzaq və yemlik taxıla ehtiyacının 2,5 miyon ton olduğu deyilir.

Ekspertlər belə olan halda, ölkəyə taxıl idxalının səbəbini anlamırlar.Onlar sual edirlər.Ya ayrılan subsidiyalardan səmərəsiz istifadə edilir?.Ya da bəzi qüvvələr taxıl idxalını qazanc yerinə çeviriblər?

KTN məlumatlarına görə, 2014-cü ildə 642 hektardan 951 min ton məhsul yığılıb. Hər hektara 80 manat subsidiya ayrılır. Bu isə 76 milyon manat deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG