Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58

“The Times” qəzetinin yazdığına görə Coca-Cola qazlı içkilərin insanda çəki artımına səbəb olmadığını “sübut edən” elmi araşdırmalara milyonlarla funt sterlinq xərcləyir

“The Telegraph” qəzetinin “The Times” qəzetinə istinadən yazdığına görə Coca-Cola qazlı içkilərin insanda çəki artımına səbəb olmadığını “sübut edən” elmi araşdırmalara milyonlarla funt sterlinq xərcləyir.

Bəzi xəbərlərdə deyilir ki, dünya futbol və reqbi çempionatlarının baş sponsoru Coca-Cola ilə hökumətin səhiyyə müşavirləri də daxil, onlarca Britaniya alimi arasında maliyyə əlaqələri mövcuddur.

Coca-Cola, əksinə, israr edir ki, qarınqululuqla mübarizə aparır

Coca-Cola, əksinə, israr edir ki, qarınqululuqla mübarizə aparır

Sözü gedən alimlərin araşdırmaları əsasən şəkərliiçkilərlə qarınqululuq arasında əlaqənin olmamasına həsr edilib.

Coca-Cola hətta bu işlərlə məşğul olan bütöv bir elmi təsisatın – Avropa Hidrasiya İnstitutunun (European Hydration Institute – EHI) yaradılmasına 4, 86 milyon funt sterlinq xərcləyib.

“The Times” qəzeti yazır ki, bu institut hidrasiya – orqanizmin maye təchizatı məsələləri ilə yanaşı, həm də idman və sərinləşdirici içkilərin təbliğatı ilə məşğul olur.

Fəxri professorun tədqiqatı

“The Times” iddia edir ki, EHİ-nin sədri Ron Maughan Lafboro Universitetinin (Loughborough University) fəxri professoru olub və həmin təhsil ocağı Coca-Cola şirkətindən 1 milyon funt sterlinq ianə alıb.

"The Times": Coca-Cola nəinki ictimai rəyi manipulyasiya edir, şirkət həm də hökumətin qidalanma və səhiyyə sahəsindəki siyasət və siyasi qərarlarını da təsirləndirməyə çalışır

Həmin vaxtlar fəxri professor aparıcı idman təşkilatlarına idmançıların qidalanmasına dair məsləhətlər verirdi.

Professor Maughan Coca-Cola-dan başqa bir neçə başqa alkoqolsuz içki şirkətlərinin də məşvərətçisi olub.

“The Times” yazır ki, Coca-Cola şirkəti Britaniyada onlarca universitet və elmi-tədqiqat institutlarına sponsorluq edir.

“Faculty of Public Health” səhiyyə xeyriyyəsindən Simon Capewell deyir ki, Coca-Cola nəinki ictimai rəyi manipulyasiya edir, şirkət həm də hökumətin qidalanma və səhiyyə sahəsindəki siyasət və siyasi qərarlarını da təsirləndirməyə çalışır.

Cənab Capewell deyir ki, belə bir fəaliyyət ictimaiyyətin sağlamlığı ilə birbaşa maraqlar ziddiyyətindədir.

Xalqın aldadılması, yoxsa töhfə?

Nyu York Universitetindən qidalanma professoru Marion Nestle-ın fikrincə, heç bir alim Coca-Cola-nın sponsorluğunu qəbul etməməlidir.

Coca-Cola şirkətinin özü isə deyir ki, onun fəaliyyətində qaranlıq heç nə yoxdur. Şirkət bildirir ki, öz məhsulları və istifadə olunan materiallar barədə düzgün qərarlar qəbul etmək üçün üçüncü tərəfin, yəni elm müəssisələrinin rəyinə əsaslanmalıdır.

Coca-Cola əksinə israr edir ki, o, öz fəaliyyəti ilə cəmiyyətin sağlamlığına ziyan vuran qarınqululuğa qarşı mübarizəyə töhfə verməlidir.

Şirkət bildirir ki, məhz buna görə də şəkərsiz məhsullarının çeşidlərini artırmaq üzərində daim işləyir.

Elə Prof Maughan da etiraf edir ki, elm sənayedən aldığı maliyyə məsələsində ehtiyatlı olmalıdır.

Lakin alim bunu da əlavə edir ki, belə bir sponsorluqlar olmasaydı, bir çox faydalı tədqiqatlar da aparılmazdı.

İşin içində futbol da varmı?

Bu da qeyd olunmalıdır ki, məhz “The Times” qəzetinin Coca-Cola barədə, həm də indi yazmasının özünə də birmənalı baxılmayacaq. Ən azı ona görə ki, Coca-Cola elmi maliyyələşdirən yeganə sənaye deyil.

“The Times” qəzeti FİFA-dakı korrupsiyanın faş olunmasında əsas rollardan birini oynayıb. Qəzetin əsas hədəfi Britaniyanın futbol rəhbərliyi ilə münasibətləri o qədər də yaxşı olmayan keçmiş prezident Sepp Blatter idi. İngiltərə Futbol Assosiasiyası 2018-ci il dünya çempionatına ev sahibliyinin Rusiyaya verilməsini Blatterə heç cür bağışlaya bilmir.

Qəzet, Britaniyadakı bir sıra başqa media qurumları ilə yanaşı FİFA sponsorlarını “korrupsiyalaşmış futbol rəsmilərinə” dəstəkdən çəkinməyə çağırmışdı.

Lakin Coca-Cola belə çağırışları son ana, yəni Blatter vəzifəsindən uzaqlaşdırılana qədər qulaqardına vuran yeganə sponsor idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG