Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

ABŞ millət vəkilləri Xədicə İsmayılovanın azad edilməsinə çağırırlar


Senator John MacCain Amal Clooney ilə görüşündə Xədicə İsmayılovanın azad edilməsi çağırışlarına dəstək bildirib

Senator John MacCain Amal Clooney ilə görüşündə Xədicə İsmayılovanın azad edilməsi çağırışlarına dəstək bildirib

ABŞ-ın bir sıra tanınmış siyasətçiləri sosial mediada Azərbaycanda məhbus edilmiş təhqiqatçı jurnalist Xədicə İsmayılova ilə həmrəylik ifadə edirlər

İllinoys ştatından respublikaçı senator Mark Kirk özünün Tvitter hesabından təhqiqatçı, məhbus jurnalist Xədicə İsmayılovanın azad edilməsinə çağıran post göndərib.

“Amal Clooney-ə qoşularaq, qanunsuz məhbus edilmiş jurnalist Xədicə İsmayılovanın azad edilməsinə çağırıram” – deyilir postda.

Bundan bir gün əvvəl başqa bir respublikaçı,Massaçussetsdən konqresmen Jim McGovern də jurnalistin azad olunması çağırışları ilə həmrəylik bəyan edib.

“Xədicə İsmayılova Panama Sənədlərinin də indi təsdiq etdiyi korrupsiyanı ifşa edib”

Konqresmen Jim McGovern ikinci Tvitter postunda yazır:

“Azərbaycanda öz səsini hakimiyyətə qarşı ucaltmaq cəsarəti tapmış məhbus jurnalist Xədicə İsmayılovanın azad edilməsi üçün Amal Clooney-nin başladığı kampaniyaya qoşulmaqla iftixar duyuram”.

Tanınmış insan haqları vəkili Amal Clooney-nin jurnalist Xədicə İsmayılovanın azad edilməsinə çağıran kampaniyası ilə artıq senator John MacCain, senator Ben Cardin, çoxsaylı təşkilat və qruplar həmrəylik ifadə ediblər.

Amal Clooney təhqiqatçı jurnalist Xədicə İsmayılovanın hüquqlarını Avropa İnsan Haqları Məhkəməsində müdafiə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG