Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:06

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda kampaniya aparan Hillary Clinton deyib ki, Trump-ın seçilməsi “tarixi səhv” olardı.

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda kampaniya aparan Hillary Clinton deyib ki, Trump-ın seçilməsi “tarixi səhv” olardı.

Demokratların ABŞ prezidentliyinə namizədlərinin yarışına liderlik edən Hillary Clinton respublikaçı rəqibini kəskin tənqid edərək deyib ki, Donald Trump Ağ Ev-in sahibliyinə “uyğun” deyil və onun xarici siyasət ideyaları “təhlükəli şəkildə rabitəsizdir”.

İyunun 2-də özünün əsas xarici siyasət nitqini edən xanım Clinton çıxışının böyük hissəsini Trump-ın kəskin tənqidinə həsr edib.

O habelə ABŞ-ın bütün dünya ilə münasibətlərini tənzimləyəcək xarici siyasəti özünün necə gördüyündən bəhs edib.

Tarixi səhv

Keçmiş dövlət katibi deyib ki, zəngin biznesmen və televizya şou ulduzu Trump-ın seçilməsi “böyük tarixi səhv” olardı.

Hillary Clinton əlavə edib ki, hökumət işində bir gün də çalışmayan Donald Trump özünün çılğın və təlatümlü xarakteri ilə dövlət başçısı olmağa qətiyyən uyğun deyil.

“Bu elə bir adamdır ki, onun nüvə kodlarına malik olmasına yol verilməməlidir” – deyib Kaliforniyanın San Dieqo şəhərində hərbçilər və onların ailələri qarşısında çıxış edən siyasətçi.

Bu elə bir adamdır ki, onun nüvə kodlarına malik olmasına yol verilməməlidir

O deyib ki, Trump “sadəcə olaraq kimdənsə xoşu gəlmədiyinə görə müharibəyə başlaya biləcək birisidir”.

Özünün dövlət katibi və birinci ledi kimi təcrübəyə malik olduğunu xatırladan senator Clinton ABŞ-ın xarici siyasətində artıq öz dəsti-xəttinə malik olduğunu dilə gətirib.

O Trump-ın xarici siyasət ideyalarının əslində heç ideya da olmadığını söyləyib. Hillary Clinton vurğulayıb ki, Donald Trump-ın ideya dediyi “silsilə çəfəng haray-qışqırıq, şəxsi ədavət və ağ yalandır”.

Trump-ın xarici siyasət barədə dediklərini rədd edən Clinton bildirib ki, Birləşmiş Ştatlar bütün dünyadakı müttəfiqlərini qoruyub saxlamağa çalışmalıdır.

Trump çıxışlarından birində demişdi ki, o prezident olsa, başqa NATO üzvləri də hərbi alyansa çəkdikləri xərcləri artırmasalar, Vaşinqton o ölkələrin müdafiəsini onların öz öhdələrinə buraxacaq.

Hillary Clinton Trump-ı Moskvanın “Ukraynada hərbi təcavüz həyata keçirdiyi və Krımı ilhaq etdiyi bir vaxtda NATO müttəfiqlərini tək buraxmaqla” hədələməkdə ittiham edib.

O deyib ki, Trump Çin və Rusiya kimi ölkələrlə münasibətlərdə ABŞ-ın maraqlarını qorumaq iqtidarında olan şəxs deyildir.

Trump bundan əvvəl bəyan etmişdi ki, Vaşiqntonun “güc mövqeyindən çıxış etməsi” şərtilə Rusiya ilə yaxşı münasibətlər qurmağa çalışacaq.

“Kremldə bayram edəcəklər…”

"Moskva və Pekin bizim dünya boyunca müttəfiqliyimizə qibtə edirlər, çünki özlərinin belə bir ittifaqları yoxdur – deyib Clinton, - Onlar bizim belə bir güc mənbəyimizi təhlükəyə atacaq birisinin seçilməsinə yalnız sevinərdilər”.

"Əgər Donald istəyinə çatsa, Kremldə bayram edəcəklər” – deyib senator Clinton.

Clinton rişxəndlə bildirib ki, Trump özünün xarici siyasət sahəsində təcrübəsini mülk inşaatçısı və gözəllik yarışlarının təşkilatçısı kimi xarici partnyorlarla əlaqələrdə olması ilə əsaslandırır.

“O deyir ki, mənim xarici siyasət təcrübəm var, çünki Rusiyada gözəllik yarışı keçirmişəm” – deyib Clinton.

Əgər Donald istəyinə çatsa, Kremldə bayram edəcəklər

Hillary Clinton habelə İranla ötən il imzalanmış nüvə sazişini müdafiə edib.

Trump iddia edirdi ki, o biznes danışıqları təcrübəsi ilə daha yaxşı sazişə nail ola bilərdi və yaxud çevrilib gedə bilərdi.

Xanım Clinton deyib ki, qolf sahəsinin tikintisi üçün aparılan danışıqları “dünya işləri” ilə müqayisəetmək olmaz.

Tvitter hesabından bu çıxışa münasibət bildirən Trump yazıb ki, “xalq bacarıqsızlığın daha dörd il davam etməsinə yol verməz”.

ABŞ mediası vurğulayır ki, Clinton-un çıxış üçün seçdiyi məkan strateji idi, beləki San Dieqoda bir sıra iri hərbi obyektlər, veteranlar və hərbçilər, hərbiyyə ilə bağlı sənayelər var.

Günün bütün mövzuları

XS
SM
MD
LG