Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:59

Demokrat Hilalry Clinton ABŞ tarixində prezidentliyə əsas partiyadan ilk qadın namizəd oldu.

Demokrat Hilalry Clinton ABŞ tarixində prezidentliyə əsas partiyadan ilk qadın namizəd oldu.

Keçmiş birinci ledi Demokratik Partiyanın Konvensiyasında rəsmən namizəd kimi tanınanaək ölkə boyunca 50 ştatda praymerilərdən keçməli olub.

Demokratların konvensiyasının ilk günündə xanım Clinton-un rəqibi Bernie Sanders-in tərəfdarları yığıncağın işini səs-küy salmaqla pozmuşdular.

Partiya rəsmilərinin səyləri nəticəsində konvesiyadakı gərginlik aradan qaldırılıb.

Xanım Clinton namizədlik üçün lazım olan 2382 seçki nümayəndəsi həddini Cənubi Dakota ştatındakı səsvermə nəticələri elan ediləndə keçib.

Hillary Clinton-un namizədlik yarışındakı ən güclü rəqibi senator Bernie Sanders də keçmiş dövlət katibinin kampaniyasına qoşulmuş, tərəfdarlarını xanım Clinton-u dəstəkləməyə çağırmışdı.

Konvensiyadakı çıxışında da Sanders rəmzi jest edərək Clinton-un rəsmi namizədliyinin təsdiqi üçün formal prosedurların ləğvinə çağırıb.

Demokratik Partiya Milli Komitəsinin sədri, konqres üzvü xanım Marcia Fudge onun bu vəsatətini qəbul edib və yekdil səsvermənin ardınca zaldakı izdiham üzərində “Clinton” yazılmış plakatları qaldırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG