Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:32

H.Clinton-u məhkəməyə verdilər: '35 işçisini qoruya bilmirsə...'


Hillary Clinton Benqazi hadisələri ilə bağlı parlament dinləmələrində, ABŞ, 2015
Hillary Clinton Benqazi hadisələri ilə bağlı parlament dinləmələrində, ABŞ, 2015

►Onlar "ədalətsiz ölümə, böhtan və qəsdən vurulan mənəvi ziyana" görə təzminat istəyirlər

Dörd il öncə Benqazidəki hücumda həyatlarını itirmiş iki amerikalının valideynləri ozamankı dövlət katibi Hillary Clinton-u məhkəməyə verib.

Benqazidə ölənlərdən birinin anası - Patricia Smith və digərinin atası - Charles Woods ədalətsiz ölümə, böhtan və qəsdən vrurulan mənəvi ziyana görə təzminat istəyirlər.

Clinton-un cavabları narazılıq doğurub

Smith və Woods ovaxtkı dövlət katibi Hillary Clinton-dan oğulları ölən gecə Benqazidəki ABŞ diplomatik heyətində nə baş verdiyini soruşublar. Di gəl, xanım Clinton-un istər özəl, istərsə ictimai cavabları onları razı salmayıb.

Məhkəmə iddiasını "Judicial Watch" ("Məhkəmə Nəzarəti") mühafizəkar təşkilatının təmsilçisi Larry Klayman tərtib edib. Bu qurum Clinton-a tənqidi mövqe tutur.

Clinton-un seçki kampaniyasının sözçüsü Nick Merrill-in sözlərinə görə, keçmiş dövlət katibinin Benqazi insidenti ilə bağlı fəaliyyəti dəfələrlə araşdırılıb, ancaq hətta Konqresin Nümayəndələr Palatasının xüsusi komissiyası da heç bir pozunti aşkar etməyib: (ardı aşağıda)

Liviyada ABŞ səfirini qətlə yetiriblər

Liviyada ABŞ səfirini qətlə yetiriblər
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

“Ancaq bu hücumla bağlı...”

"Heç kim Benqazidə itirdiyimiz cəsur amerikalıların ailələrinin ağrısını təsəvvür edə bilməz. Ancaq bu hücumla bağlı 9 müxtəli araşdırma aparılıb və onlardan heç biri Hillary Clinton-un hər hansı pozuntusunu tapmayıb". Nick Merrilll CNN-ə açıqlamasında bu sözləri dilə gətirib.

Benqazidə ölən Sean Smith-in anası Patricia Smith Respublikaçılar Partiyasının Klivlenddə keçirilən milli qurultayındakı çıxışında Clinton-u sərt tənqid edib:

"Benqazi faciəsinin Amerikaya gətirdiyi bütün bu itkiyə, bütün bu kədər və bütün bu riyakarlığa görə, mən Hillary Clinton-u günahkar bilirəm. Oğlumun ölümündən şəxsən Hillary Clinton təqsirkardır".

ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı Tyrone Woods-un atası Charles Woods da Clinton-u CNN-in efirindən tənqidə tutub:

"Clinton Benqazidə sübut etdi ki, heç özünün 35 işçisini də qorumağa qadir deyil. Bəs o, ölkədəki 330 milyon amerikalını necə müdafiə edə bilər?".

Clinton-un tənqidlərə cavabı

Sözügedən ailələrin ittihamlarını “Fox” telekanalında Clinton belə cavablandırıb:

"Onların hər ikisinə ürəyim yanır. Necə olursa-olsun, övlad itirmək çox ağırdır. Xüsusən bu halda. Dövlət Departamentinin iki əməkdaşı, SİA-in (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin – red) bağlaşmalı işçisi olan iki qeyri-adi insan ölkə və dəyərlərimizi qoruyaraq həyatlarını itirib. Mən bunun arxasında duran dərdi və yeridolmaz itki hissini anlayıram".

Benqazidə ABŞ konsulluğunun dağıdılmış ofisi
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG