Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:35

İran və Azərbaycan birgə istehsal həyata keçirmək və üçüncü ölkələrə məhsul ixrac etmək niyyətindədir.

Bu bəyanatı oktyabrın 19-da Bakıda səfərdə olan İranın Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş verib.

Nümunə kimi o, Ərdəbilin Bakıya kartof ixrac edə biləcəyini, burada birgə müəssisədə ondan çipsi hazırlanaraq Rusiyaya ixrac edilə biləcəyini qeyd edib.

Bundan başqa, o, qeyd edib ki, Ərdəbil müəssisələrinin Azərbaycana müxtəlif mal və materiallar, o cümlədən taxta məmulatlar ixrac edə bilər.

Buna da bax:​ «Azərbaycana dempinq mallar yox, keyfiyyətsiz mallar gətirilir»

Daha sonra vali, siyasət məsələlərinə keçib, İranın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib.

Bundan əvvəl oktyabrın 18-də Xudabəxşi dövlət başçısı İlham Əliyev və iqtisadiyyat naziri Şahin Mustafayev qəbul edib. İran nümayəndə heyəti Sumqayıt da da olub.

Oktyabrın 19-da İranın Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin Azərbaycana səfəri başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG