Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:52

Çində safari tərzində gəzintiyə çıxan qadını Sibir pələngi öldürüb, rəfiqəsini isə yaralayıb («Safari tərzi» gəzinti deyərkən, vəhşi təbiət guşələrini, qoruqları dolaşmaq, bəzən də ova çıxmaq nəzərdə tutulur – red.).

Pekin yaxınlığındakı Badalinq zooparkında baş verən bu faciənin bəzi görüntüləri təhlükəsizlik kamerasına da düşüb. Məsələ burasındadır ki, burada ziyarətçilər öz maşınlarını pələnglərin olduğu yerdən – onların oylağından sürə bilərlər.

KAMERANIN OBYEKTİVİNƏ DÜŞƏN GÖRÜNTÜLƏR

Videodan görünür ki, zavallı qadın maşının arxa oturacağından düşərək sürücüyə sarı yönəlir. Sürücü qapını açarkən, bir pələng arxadan cumur və qadını tutub sürüyür. Daha sonra sürücü ilə 2-ci qadın sərnişinin yaralı qadının köməyinə gəldiyi görünür. Ardından olay yerinə bir cip də gəlir.

Bundan sonra baş verənlər kameranın obyektivinə düşməyib. Çinin «Xinhua» dövlət xəbər agentliyinin məlumatına görə, ölən qadın məhz köməyə tələsən ikinci qadındır. O, başqa bir pələngin açdığı yaralardan həyatını itirib.

HƏLƏLİK, ZOOPARK BAĞLANIB

Parkın bir neçə yerində qoyulan xəbərdarlıq lövhələrində «Həyatınıza qiymət verin! Heç vaxt maşından düşməyin!» sözləri yazılıb.

Agentlik faciəylə bitən olayın araşdırıldığını da xəbər verir. Sözügedən zoopark ötücü olaraq bağlanıb.

Pekini turistlərə tanıdan saytda bu parkın «açıq sahələrdə iri qruplar halında yırtıcı heyvanlar yetişdirməkdə» ad çıxardığı deyilir. Burada 10 min vəhşi heyvanın saxlandığı da bildirilir. Söhbət qonur ayılardan, Malayziyanın günəş ayılarından, aslanlardan və canavarlardan və təbii ki, pələnglərdən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG