Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Çinin energetika məsələləri üzrə dövlət idarəsinin yüksəkvəzifəli işçisi Wei Pengyuan 31 milyon dollardan artıq rüşvət almaqda təqsirli bilinib. Məmur korrupsiyaya görə 2 il möhlətlə edam cəzasına məhkum edilib.

Çin KİV-lərinin verdiyi məlumata görə, Wei Pengyuan dövlət idarəsinin kömür şöbəsinin müdir müavini olub. O, həmin vəzifədə olduğu müddətdə ümumilikdə 212 milyon yuan (31.7 milyon dollar) rüşvət alıb. Adətən, Çin məhkəməsi edam cəzası kəsəndə, hökm tez icra edilir. Ancaq məhkəmə edam hökmünü möhlətlə çıxarırsa, müttəhim bu cəzanın ömürlük, yaxud uzunmüddətli həbs cəzası ilə əvəzlənəcəyinə ümid edə bilər. Bu o zaman baş verə bilər ki, müttəhim peşmançılığını və islah olunmağa meyl göstərsin.

Dörd il əvvəl ÇXR-da korrupsiyayla irimiqyaslı mübarizə proqramına start verilib. O zaman bürokratiya, israfçılıq və xidmət zamanı arzuolunmaz halları ləğv etmək məqsədilə «səkkiz davranış qaydası» qəbul edilib. Bundan başqa, Çin hökuməti korrupsiyaya qarşı qlobal əməkdaşlıq şəbəkəsi yaratmağa can atır. Ölkədə vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlarla mübarizədə beynəlxalq hüquqi yardımla bağlı qanunverici aktlar da işlənib hazırlanır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG