Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:45

Çexiyada Rusiya təbliğatına qarşı xüsusi şöbə yaradılır


Praqa Qədim Qüllə meydanı
Praqa Qədim Qüllə meydanı

"Reuters" informasiya agentliyi bildirir ki, Çexiyanın Daxili İşlər nazirliyi Rusiya təbliğatı və xarici dövlətlərin ölkə əhalisinin ictimai fikrinə təsir etmək cəhdləri ilə mübarizə üzrə xüsusi şöbə yaradıb.

Bu yeni strukturun 20 əməkdaşı var. Onlar sosial şəbəkələrdən yararlanaraq dezinformasiyayla mübarizə aparacaq, məmurlara onunla mübarizə aparmağı öyrədəcəklər. "Biz hər bir smartfona düşmək istəyirik", deyə Çexiyanın Daxili İşlər naziri Milan Hovanec bildirib.

Buna da bax:​ Çexiyada Kreml "təbliğatı"

Çexiyanın İnformasiya Təhlükəsizliyi İdarəsi (BIS) illik hesabatında bildirib ki, Rusiya ölkəylə "informasiya müharibəsi" aparır. Çexiya əks-kəşfiyyatının məlumatına görə, Moskva Avropa Birliyi, Ukrayna və NATO-nu ləkələyən məlumatın yayılması və təbliğatla məşğul olan agent və qruplar şəbəkəsi yaradıb. Çexiya hökuməti bu şəbəkədən ölkədə sabitliyi pozmaqdan ötrü istifadə edilə biləcəyini düşünür.

Buna da bax:​ Rusiya təbliğatı hərbi sirləri necə “faş edir”?

Bundan əvvəl bildirilirdi ki, çex peşə məktəblərində tələbələrə kremlyönlü KİV-lərin apardığı təbliğatı tanımağı öyrədirlər.

2011-ci il siyahıyaalmasına görə, Çexiyanın 30 minə yaxın sakini rusca danışır. On minlərlə sayt rus dilində xəbər dərc edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG