Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:07

-

İyulun 18-də prezident İlham Əliyev türkiyəli həmkarı Receb Tayyib Erdoğana telefonla zəng edib.

Ölkə başçısının Türkiyədə iyulun 15-də baş verənləri hərbi çevriliş cəhdi kimi dəyərləndirdiyi və bunu qətiyyətlə pislədiyi bildirilir.

Bu haqda ölkə başçısının rəsmi saytı xəbər verir.

Azərbaycanın həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanında olduğunu deyən prezident çevriliş cəhdinin qarşısının alınması nəticəsində həlak olanlara görə, başsağlığı verib.

İ. Əliyev Bundan sonra heç bir qüvvənin Türkiyəni inkişaf və demokratiya yolundan döndərə bilməyəcəyinə əminliyini ifadə edib.

R. T. Erdoğan Türkiyə rəhbərliyinin ölkədə vəziyyəti normallaşdırmaqdan ötrü bütün lazımi tədbirləri gördüyünü bildirib.

İyulun 15-də Türkiyədə baş verən hadisələr zamanı 208 şəxsin öldürüldüyü, 1500-ə yaxın şəxsin yaralandığı bildirilir.Ölənlərdən 60-ı polis, 3-ü hərbçi, 145-i isə mülki insanlardır.

Həmin hadisələrdən sonra 6 mindən çox hərbiçi və məmurun saxlandığı bildirilir. Onların arasında onlarla general var.

Günün bütün mövzuları

XS
SM
MD
LG