Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:39

"Biz hələ də 20-ci əsrdəki o adamlarıq"


-

"Bir adamın başqa bir adamı öldürmək üçün özünə nə adlasa haqq verməsini başa düşə bilmirəm."

Son Ədəbiyyat Nobelinin qalibi Svetlana Alexievich Bonn şəhərində Almaniyanın "Deutsche Welle" səhifəsinə müsahibə verib:

-Nobel mükafatından sonra həyatınızda nə dəyişikliklər oldu?

-Daha boş vaxtım olmur. Buna çox kədərlənirəm, çünki mən tənha yalquzaq olmağa, yazı masamda çox vaxt keçirməyə meyilliyəm. Sakit oturmağı, yazmağı, düşünməyi sevirəm.

İctimai diqqətdə olmaq mənim üçün asandır, çünki dörd nəsli müəllim olan bir ailədə böyümüşəm, diqqət, kitablar və müzakirələr ortasında olmuşan həmişə. Amma yazmaq üçün tək qalmağa çox ehtiyacım var.

Həyatımda dəyişən başqa bir şey də var, çox kökəlmişəm.

-İndi, üstündən 30 il keçəndən sonra Çernobıl hadisəsi sizin üçün nə deməkdir?

-Son on ildə bütün dostlarım xərçəngdən öldülər. Sözün hərfi mənasında elə gün olmur ki, bu və ya digər tanışımın xəstələndiyini, ya da öldüyünü eşitməyim.

Çernobıl
Çernobıl

Çox mütəxəssislər bunu 1986-cı ildə Çernobıl hadisəsindən sonra proqnoz vermişdilər. Onlar demişdilər ki, indi bir partiya ölümlər olacaq, sonra isə yeməklə, içkiylə bədənimizə gedən radiasiyaya reaksiyalar başlanacaq. O sonra dedikləri gün gəlib çatıb, bax, bu gün o gündür.

Ona görə biz post-Çernobıl dövründə yaşadığımızı deyəə bilmirik. Biz Çernobıl hadisəsinin ortasında yaşayırıq, bu, hələ çox çəkəcək.

-Keçmiş Şərq bloku ölkələrinin demokratikləşməsi haqda nə düşünürsüz?

-Demokratiyanın sadəcə küçələrə çıxıb “Azadlıq! Azadlıq!” qışqırmaqla gələcəyini düşünmək sadəlövhlük olardı.

-Müharibəyə alterativ nədir?

-Mən bir adamın başqa bir adamı öldürmək üçün özünə nə adlasa haqq verməsini başa düşə bilmirəm. Bu, vəhşilikdir. 21-ci əsrdə biz özümüzü fikirlə, düşüncəylə silahlandırmalıyıq. Bir-birimizlə danışmalıyıq, öldürməməliyik.

Amma biz öldürməyə davam edirik, yəni 20-ci əsr hələ davam edir. Təqvim dəyişir, fikirlərimiz yox. Biz hələ də 20-ci əsrdəki o adamlarıq. Dəyişməmişik.

-İndi nə planlarınız var?

-Bu gün müharibə zonalarına səfər etməkdən və müharibə haqda yazmaqdan yorulmuşam. İnsan axmaqlığını görməyə daha tabım yoxdur. Bu ağrıya dözmək üçün bütün ehtiyatlarımdan istifadə etdim.

Bir adamın sosial çevrəsi və fikirləri insanın varlığına təsir edən yeganə amillər deyil. Varlıq daha böyük şeydir. Nədir həyat? Sevgi və ölüm. Odur ki, indi iki kitab yazmaq haqda düşünürəm: Biri sevgi haqda, o biri yaşlanmaq haqda.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG