Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Prezidentin rəfiqəsi dövlət işinə qarışmaqda ittiham edilir


Cənubi Koreyanın prezidenti Park Geun-Hye

Cənubi Koreyanın prezidenti Park Geun-Hye

Noyabrın 20-də Cənubi Koreya prokurorluğu ölkə prezidentinin yaxın rəfiqəsinə qarşı ittiham irəli sürüb onu dövlət işlərinə qarışmaqda suçlandırıb.

İstintaqın qənaətinə görə, o, korporasiyaları məcbur edib ki, onun nəzarətində olan fonda milyonlarla dollar ianə etsinlər.

Prokurorluq prezident Park Geun-Hye-ni bu korrupsiyanın bir hissəsi hesab edir.

Prezidentin vəkili isə bu ittihamı qəbul etmir, “fantazya məhsulu” sayır.

Noyabrın əvvəlindən prezidentin istefası ilə bağlı kütləvi aksiyalar keçirilir.

Müxalifət hesab edir ki, bu məsələ prezindetin impeçment olması ilə nəticələnə bilər.

Yerli KİV-də Park Geun-Hye-nin rəfiqəsinin dövlət işlərinə qarışması ilə bağlı oktyabrda dərc edilən məqalələrdən sonra prezidentin reytinqi sürətlə aşağı düşüb.

Prezidentin keçmiş iki köməkçisi də hakimiyyət işlərinə qarışma ittihamı ilə həbs edilib.

Park Geun-Hye baş verənlərlə bağlı ictimaiyyətdən üzr istəsə də, öz postunu tərk etmək fikrində olmadığını söyləyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG