Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:42

Almaniya şirkəti öz yüklərini “Cənub-Qərb” dəhlizi ilə nəql edəcək. Gələn ayın sonunda Avropadan “Cənub-Qərb” marşrutu ilə test qatarı göndəriləcək.

Tehranda Azərbaycan, İran, Gürcüstan dəmir yollarının rəhbərləri və dünyanın aparıcı dəmir yolu şirkətlərindən sayılan Almaniyanın “Deutsche Bahn” (DB) dövlət şirkətinin nümayəndələri arasında keçirilən görüşdə bu qərar verilib.

Qərara görə, 41 konteynerdən ibarət olacaq test qatarı Rumıniyanın Konstanta limanından yola salınacaq və 8 gün ərzində Tehrana çatacaq. Yüklər Konstanta limanından gəmi ilə Gürcüstan limanına, oradan dəmir yolu ilə Azərbaycanın Astara stansiyasına, Astaradan yük avtomobilləri ilə İranın Qəzvin stansiyasına yola salınacaq və oradan yenidən dəmir yolu vasitəsilə Tehrana çatdırılacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti-ndən APA-ya bildirilib ki,görüşdə Azərbaycanı bu qurumun rəhbəri Cavid Qurbanov təmsil edib.

Səfər çərçivəsində C.Qurbanov İranın Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi ilə də görüşüb. Görüşdə Astara (Azərbaycan) – Astara (İran) stansiyaları arasında dəmir yolunun və iki ölkə sərhəddində Astaraçay üzərində inşa edilən dəmir yolu körpüsünün tikintisi ilə bağlı məsələlər müzakirə edilib.

“Cənub-Qərb” nəqliyyat dəhlizi İran Körfəzi / Hindistan – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz – Avropa marşrutu üzrə fəaliyyət göstərir. Marşrutun ilk təqdimatı 2016–cı il yanvarın 14-də Bakıda keçirilib və elə həmin zaman Azərbaycan, Gürcüstan, İran və Ukrayna dəmir yolları arasında müvafiq razılaşma imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG