Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:37

C.Həsənli: "Müxalifətə yer verilməyəcək"


Cəmil Həsənli , 2014
Cəmil Həsənli , 2014

Əgər Cəmil Həsənlinin dediyi kimi, bu, seçki yox, təyinatdırsa, onda müxalifətə nə qədər yer veriləcək? - AzadlıqLive-ın bu sualına Cəmil Həsənli belə cavab verir:

"söhbət müxalifətdən gedirsə, müxalifətə yer verilməyəcək. Amma müxalifət görüntüsü yaratmaqdan ötrü bəzi kiçik partiyalar müxalifət adı ilə ora salınacaq".

Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycanda parlament seçkilərinin nəticələri ilə bağlı bir siyahı təqdim edib. Bu siyahıda kimlərin deputat olacağını göstərilir. Ancaq deyilir ki, bu siyahı təhlilin və müşahidələrin nəticəsidir, yəni heç yerdən alınmayıb (vaxtilə Nemət Pənahlının məşhur siyahısı , məsələn, o vaxt iddia olunurdu ki, prezident administrasiyasından alınıb).

Cəmil Həsənli hesab edir ki,seçkinin nəticələri ilə onun siyahısı arasında fərq uzağı 5 faiz ola bilər.

Cəmil Həsənli seçki saxtakarlığının yüksək olmasından danışanda AzadlıqLive sual verir ki, "demək olarmı ki, türklər demişkən, seçicinin haqqını yeyirlər?"

Cəmil Həsənli cavab verir ki, bu ifadə Azərbaycana uyğun gəlmir, çünki Azərbaycanda hakimiyyət seçicinin haqqını ümumiyyətlə tanımır, hesab edir ki, bu haqq elə hakimiyyətindir.

Cəmil Həsənli ilə söhbət

Gözlə

No media source currently available

0:00 0:12:38 0:00
Direct-ə keçid

Azərbaycanda Milli Məclisə seçkilər noyabrın 1-dədir.

XS
SM
MD
LG