Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:26

►Məhkəmə istintaqı yekunlaşdı.

Prokuror Cəmil Həsənlinin qızı barədə hökmün qüvvədə saxlanılmasını istədi

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin işi üzrə məhkəmə istintaqı yekunlaşdı.

Noyabrın 13-də Bakı Apellyasıya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə keçirilən iclasda bu barədə qərar verildi.

Bundan əvvəl isə Günel Həsənlinin vəkili Adil İsmayılov bu iş üzrə təkrar rəy vermiş ekspertə etiraz verdi. Vəkil etirazını əsaslandırarkən bildirdi ki, qanun eyni ekspertin bir iş üzrə təkrar rəy verməsini qadağan edir. Amma Günel Həsənlinin işi üzrə ibtidai istintaqda rəy vermiş Ceyhun Allahverdiyev apellyasiya instansiya məhkəməsində təyin olunmuş ekspertizada da rəy verib:

“Halbuki, onun əvvəlki rəyinin obyektivliyi və əsaslılığı şübhə doğurduğuna görə müdafiə tərəfi təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırmış və məhkəmə də onu təmin etmişdi. Hər iki rəydə rentgenin nəticəsinə istinad olunur, hanı o rentgen müayinəsi? İşin içində yoxdur. Ekspertə etirazı indi verməyimizə gəlincə, bizə əvvəlcədən onun kimliyi barədə məlumat verilməyib. Biz təkrar rəyi alandan sonra bildik ki, eyni adam verib”.

Qeyd edək ki, həm ibtidai istintaqda, həm də budəfəki rəydə iş üzrə zərərçəkmiş qismində tanınan 87 yaşlı Ədilə Səlimovanın az ağır xəsarət aldığı göstərilib.

Adil İsmayılov həmçinin bu ekspertiza rəyi verilərkən Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulduğunu bildirərək, onun sübutlar siyahısından çıxarılmasını istədi.

Məhkəmə etirazı təmin etmədi. Rəyin sübutlar siyahısından çıxarılması barədə vəsatətə gəlincə, hakim bildirdi ki, bu məsələyə yekunda müşavirə zamanı qiymət veriləcək.

Buna da bax: Rabitə Nazirliyində 10 nəfər tutulub- [rəsmi]

ZƏRƏRÇƏKƏN BARIŞIQ ƏRİZƏSİ VERİR

Ədilə Namazova

Ədilə Namazova

Məhkəmə iclasında həmçinin Ədilə Səlimova barışıq ərizəsini təqdim edərək, Günel Həsənli barədə cinayət işinə xitam verilməsini istədi:

“Yaşlı adamam, qurban olum sizə, mənim xahişimi nəzərə alın...”

Bundan sonra hakim məhkəmə istintaqının yekunlaşmasını təklif etdi. Vəkil isə bu vəziyyətdə istintaqın tamamlanmasına etirazını bildirdi:

“Bu iş bir rəyin üzərində qurulub. O rəy də obyektiv və əsaslı deyil. İstintaqı bu vəziyyətdə yekunlaşdırmaq qanunsuzdur”.

Vəkilin etirazına baxmayaraq, məhkəmə istintaqının yekunlaşmasına qərar verildi. Ardınca çıxış edən dövlət ittihamçısı Günel Həsənlinin barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istədi.

Vəkil Adil İsmayılov isə çıxışa hazırlaşmaq üçün vaxt istədiyindən məhkəmə noyabrın 19-na qədər təxirə salındı.

Buna da bax: "Ana-bacımı “Bandotdel”ə aparıb incidiblər"

Xatırladaq ki, Yasamal rayon Məhkəməsi fevralın 22-də avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edib.

Cəmil Həsənli özünün siyasi fəaliyyətinə görə qızının cəzalandırıldığını bildirib.

Zərərçəkən 87 yaşlı Ədilə Səlimova isə mətbuata deyib ki, özünü yaxşı hiss etmədiyi üçün müvazinətini itirərək yıxılıb və bu zaman Günel Həsənli avtomobili ilə ona yüngülcə toxunub. Sürücü daha sonra onu həkimə aparıb və rentgen müayinəsi zamanı hər hansı çıxıq, sınıq, əzik qeydə alınmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG