Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:43

‘Qan içində’ İstanbul kitab sərgisində


Yusif Vəzir Çəmənzəminlinin “Qan içində. İki od arasında” romanı İstanbul kitab sərgisində. noy2016
Yusif Vəzir Çəmənzəminlinin “Qan içində. İki od arasında” romanı İstanbul kitab sərgisində. noy2016

İstanbulda keçirilən 35-ci beynəlxalq kitab sərgi-yarmarkasında Yusif Vəzir Çəmənzəminlinin “Qan içində. İki od arasında” kitabının təqdimat mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, kitab bu qurumun dəstəyi ilə Türkiyənin “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında Türkiyə türkcəsində çap olunub.

“Qan içində. İki od arasında” romanını Türkiyə türkcəsinə şair-yazıçı Yurtseven Şen çevirib.

Buna da bax:​ Y.V.Çəmənzəminli. Qoymadılar şeir yazım

Kitab “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində işıq üzü görüb.

Layihəyə görə, ilkin mərhələdə 10 əsərin Türkiyə türkcəsinə tərcüməsi, çapı və yayılması planlaşdırılıb.

Sırada Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestidir.

Buna da bax: Çəmənzəminli bu gün niyə aktualdır...

“İki od arasında” romanını Yusif Vəzir 1937-ci ildə yazıb. Ancaq onun çapı ölkəni bürüyən repressiyalar səbəbindən mümkün olmayıb. Yusif Vəzir özü də repressiya qurbanı olub. Roman ilk dəfə 1964-cü ildə ixtisarla “Azərbaycan” jurnalında “Qan içində” adı ilə çap olunub.

Kitabın tam nəşri 1968-ci ildə baş tutub.

Buna da bax:

"Krım Şimaldan uzanan əldir"
Gözlə

No media source currently available

0:00 0:15:19 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG