Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:55

'Bu yol bizim mərkəzə çıxışımızdır'


Cəlilabad yaxınlığında yol.
Cəlilabad yaxınlığında yol.

“Bu yol rayonun 10-dan çox kəndini birləşdirir. Son günlər başlanan sürüşmə həmin kəndlərdə yaşayanları narahat edir. Bizi Cəlilabadla birləşdirən yeganə yoldur, çöksə, mərkəzə çıxışımız olmayacaq”.

Cəlilabadın Cəngan kəndinin sakinləri bir neçə kəndi birləşdirən Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolundakı sürüşmənin aktivləşməsindən narahatdır. Bu barədə AzadlıqRadiosu-na kənd sakinləri danışır.

Mətin Cəbrayıllı deyir, yolboyu təpəlik ərazilərdə iri torpaq layları sürüşməkdədir:

Buna da bax:​ Bu, sonuncu odun idi...

“HƏR AN QƏZA OLA BİLƏR”

“Biz artıq o yoldan keçməyə qorxuruq. Torpaq layları hər gün bir az da yola tərəf axır. 3-4 gün əvvəl həmin yola bir neçə ağır texnika gəldi, əraziyə baxış keçirdilər, sonra daha yolda görünmədilər”.

Cənganlı sürücü İkram Həsənli deyir, kəndi mərkəzlə birləşdirən yoldakı çatları görmək çətin deyil:

“Ekologiya nazirliyinin işçiləri də baxış keçirdilər, dedilər, ‘sürüşmə aktivləşir’. Yolun yamaclardan keçən hissələrində də iri çatlar yaranıb. Bəzi yerlərdə asfalt tamamilə dağılıb. İndi o yoldan keçmək mümkün deyil, çünki yol daralıb. Hər an qəza baş verə bilər”.

Buna da bax:​ Köçkün: 'Evsiz kənarda qalıb, evi olana birini də verirlər'

İkram Həsənlinin sözlərinə görə, sürüşmə təhlükəsi elə Cənganın özündə də artmaqdadır. Kəndlilər indidən tədbirlərini görürlər:

“Toyuq-cücəsini, mal-qarasını başqa yerə daşıyanlar var. Kəndə tez-tez icra hakimiyyətinin və ekologiya nazirliyinin nümayəndələri gəlir, bəzi ərazilərə baxış keçirirlər”.

“DURUM NƏZARƏTDƏDİR”

Cəlilabad rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, 10 kəndi birləşdirən yolda sürüşmənin aktivləşməsinə görə tədbirlər gücləndirilib:

“Hazırda işlər davam etdirilir. Əhalinin narahatçılığına əsas yoxdur. Yol təmir olunub, hazırda maşınlar həmişəki kimi hərəkət edir. Cəngan kəndinə gəlincə, orada da sakinlərin narahatçılığına əsas yoxdur, durum nəzarətdədir”.

Buna da bax:​ Dağılan yataqxananın yanında hündürmərtəbəli bina

Cəlilabad-Cəngan avtomobil yolu yeni çəkilib. Ötən ilin oktyabrında davamlı yağışlar yolun Soltankənd hissəsində torpaq sürüşməsinə səbəb olmuşdu. Yolun bərpası üçün əraziyə ağır texnikalar və işçi qüvvəsi cəlb edilmiş, əraziyə iri daş parçaları tökülməsinə başlanılmışdı. Ərazidə bərpa işləri aparan 46 saylı yol təmir idarəsinə məxsus yük dolu “KamAZ” sürüşmə səbəbindən yoldan çıxaraq aşmışdı.

XS
SM
MD
LG