Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Ələt-Lənkəran magistralının bağlandığı bildirilir


Azərbaycanın Cənub regionu su altında

Azərbaycanın Cənub regionu su altında

Buna Cəlilabad rayonunda su bəndinin dağılması səbəb olub.

Report-un xəbərinə görə, son günlər yağan aramsız yağışlar rayon ərazisindəki göllərin səviyyəsini qaldırıb. Yerli sakinlərin bildirdiyinə görə, rayonun Cəfərxanlı kəndi ərazisindəki belə göllərdən birinin səviyyəsi maksimum həddə çatdığından bənd yarılıb.

Xəbərdə qeyd edilir ki, gölün suyu İncəçay vasitəsi ilə axıdıldığından rayonun Alar kəndinə də təhlükə yaranıb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib.

Buna da bax:​ Goranboyda kəndləri su basıb

Yerli sakinlərin verdiyi məlumata görə, suyu ötürməkdən ötrü Ələt-Astara magistral yolu bağlanılıb. Nəqliyyat vasitələri alternativ yoldan istifadə edir.

Cəlilabad rayon icra hakimiyyəti başçısının hadisə yerində olduğu söylənir.

Son günlər aramsız yağan yağış ölkənin müxtəlif bölgələrində oxşar problemlər yaradıb.

Verilən xəbərlərə görə, yağışlar Lənkəran-Lerik yolunda uçqunlara səbəb olub.

Buna da bax: Cəlilabadda sel

Bundan başqa, Muğanlı-İsmayıllı, Quba-Xınalıq, Quba-Qəçrəş yolunda və Ağsu aşırımında da sürüşmə baş verdiyi bildirilir.

Bir neçə gün əvvəl isə 23 yaşayış ərazisini birləşdirən Cəlilabad-Astara-Cəngan yolunun bir hissəsinin çökdüyü bildirilirdi. Ölkə mətbuatının yazdığına görə, həmin yol yaxın illərdə əsaslı təmir edilib. 2013-cü ildən bəri isə o yola üst-üstə 13 milyon manat pul ayrıldığı bildirilirdi.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG