Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:07

Şahağacıda etiraz aksiyası görüşlə əvəzləndi


Arxiv fotosu, Füzuli rayonunda etiraz aksiyası

Arxiv fotosu, Füzuli rayonunda etiraz aksiyası

-

Astara rayonun Şahağacı kəndində aksiya iştirakçıları ilə rəsmilərin görüşü başlayıb.

Bu barədə Azadlıq Radiosuna kənd sakinləri məlumat veriblər. Onların deməsinə görə, hazırda kənd icra nümayəndəliyində aksiya iştirakçıları ilə görüş keçirilir:

«İndi aksiya iştirakçılarını şikayətini kəndə gələn Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nümayəndələri dinləyir. Aksiya iştirakçıları deyirlər ki, onların adına xəbərləri olmadan banklardan kredit götürülüb. Şahağacı və ətraf kəndlərindən bununla bağlı minə yaxın şikayətçi var».

Yada salaq ki, səhər saatlarında Şahağacı kəndinin bir qrup sakini Astara-Bakı yolunu bağlamağa cəhd göstərmişdilər.

CƏLİLABAD VƏ ASTARADA ETİRAZLAR BAŞLADI

Yanvarın 18-də bir qrup Cəlilabad sakini qiymət artımına etiraz olaraq rayonun sosial müdafiə mərkəzi və icra hakimiyyəti aparatının qarşısına toplaşıblar.

Bu barədə Azadlıq Radiosuna məlumat verən rayon sakini Əlipənah Rzalının dediyinə görə, etirazçıların əsas şikayəti qiymət artımı, işsizlik, ünvanlı sosial yardımın düzgün verilməməsi və bank borcları ilə bağlıdır: «Danışıq gedir. Əhalinin dağılışmasını tələb edirlər».

Astara rayonun Şahağacı kəndində isə sakinlər ikinci Astara-Bakı yolunu tutmağa cəhd ediblər. Bu barədə məlumat verən Astara rayon sakini Elçin İbrahimlinin deməsinə görə, kənd sakinləri əsasən bank borclarına görə etiraz edirlər. Hadisə yerinə polis gəlib.

***​

Əgər Siz də hadisə yerindəsizsə, və videolar, fotolar çəkibsizsə, hər hansı məlumatınız varsa, bizə də göndərin.

Çəkdikləriniiz bizə belə çatdırın:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura da göndərə bilərsiz: AzadAvropa.AzadliqRadiosu@gmail.com

Şərhləri göstər

XS
SM
MD
LG