Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:45

Alarda evləri su basıb, bəziləri uçub [video/foto]


Evləri su basıb, 3-4 ev isə dağılıb.
Evləri su basıb, 3-4 ev isə dağılıb.

«Bakı-Astara magistral yolu açılsa, da Alar kəndində əhalinin vəziyyəti pisdir. Evləri su basıb, 3-4 ev isə dağılıb».

Bunu AzadlıqRadiosuna kənd sakini Əlişir Məmmədov söyləyib.

Bakı-Astara magistral yolunda nəqliyyatın hərəkəti oktyabrın 27-də dayanmışdı.

Ə.Məmmədovun bildirməsinə görə, oktyabrın 27-si axşamdan Gülməmmədli kəndi istiqamətindən Alar kəndinə sel axını başlayıb. Ancaq oktyabrın 28-i səhərə yaxın, saat 4-də bunun qarşısı nisbətən alınıb: «Magistral yolu yardılar ki, sel çay yatağı ilə getsin, kəndə ziyan vurmasın. Amma buna qədər sel öz işini gördü. Hazırda mənim bildiyim 35-ə qədər ev suyun içindədir. İnsanlar evlərinə daxil ola bilmirlər».

Ə.Məmmədovun deməsinə görə, evlərdə suyun hündürlüyü 15-70 sm arasındadır.

Kənd sakini Şahlar Əhədov isə deyir ki, bütün gecəni maşında keçiriblər: «Yox, bu təkcə yağış məsələsi deyil. Sovet vaxtı Gülməmmədli, Cəfərxanlı tərəfdə su anbarları var idi. Sonra bu su anbarlarını balıq yetişdirmə göllərinə döndərdilər. Selə əsas səbəb məhz həmin Gülməmmədli kəndindəki gölün dağılmasıdır».

TƏHLÜKƏ SOVUŞMAYIB

Ş.Əhədov deyir ki, təhlükə bitməyib. Başqa bir təhlükə də başlarının üstünü alıb. İndi isə Cəfərxanlı kəndindəki gölün dağılacağından narahatdırlar: «O göl Gülməmmədli kəndindəki göldən daha böyükdür. Onun da partlaması ehtimalı çox böyükdür. Əgər o partlasa, təkcə Alar deyil, digər kəndlər də bundan olduqca ciddi ziyan çəkəcək. Təhlükənin də aradan qaldırılması üçün hər hansı tədbir görülmür».

Ş.Əhədov deyir ki, su içində olan evlərin sayı 35 yox, 100-dən çoxdur.

«MARAQLANMIRLAR KI, GECƏNİ HARADA VƏ NECƏ KEÇİRMİŞİK?»

O, rayon rəhbərliyinin əhalinin vəziyyəti ilə maraqlanmadığından da gileylənir: «Hələ indiyə kimi kənd sakinlərinin durumu ilə maraqlanan yoxdur. Maraqlanmırlar ki, gecəni harada və necə keçirmişik? Bunlara dəyən ziyanın həcmi nədir? Durumu yüngülləşdirmək üçün nə etmək istəyirlər? Hələ də biz kənd sakinlərinə aydın deyil. Amma bunu da deyim ki, rayon hakimiyyətinin bizə hər hansı köməyi olacağına heç ümidim də yoxdur».
Kənd sakinlərinin şikayətinə Cəlilabad rayon İcra Hakimiyyətindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Cəlilabadın Alar kəndi su altında qalıb- [Canlı yayımın təkrarı]

Cəlilabadın Alar kəndi su altında qalıb- [Canlı yayımın təkrarı]
Gözlə

No media source currently available

0:00 0:08:47 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG