Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 05:05
Khodro zavodunda robotlar
Khodro zavodunda robotlar

AzadlıqLive-İran Azərbaycanın puluna birgə maşın buraxmaq istəyir

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

14:23 1.2.2016

"MTN-də 350 min istədilər"

«MTN-də məndən 350 min pul istədilər, dedim ki, məndə bu qədər pul hardan?!» Bunu 15 il azadlıqdan məhrum edilmiş Eldar Həsənov Ali Məhkəmədə çıxış edərkən deyib.

14:28 1.2.2016

Martda əfv gözlənilir

nilir“İnsan Haqları üzrə İşçi Qrupu toplaşacaq”. Bu haqda Modern.az saytına hüquq müdafiəçisi Novella Cəfəroğlu Novruz bayramı ərəfəsində gözlənilən əfv sərəncamı barədə danışarkən bildirib.

O qeyd edib ki, təxminən 20 gün əvvəl İşçi Qrupunun iclası olub: “Toplaşdıq, müzakirələr apardıq. Bu ay növbəti iclasımız olacaq”. N.Cəfəroğlu deyib ki, əvvəlcədən müəyyən olunan siyahıya daha bir neçə yeni məhbusun adının salınması gözlənilir.

Qafqazinfo qeyd edir ki, Novruz bayramı ərəfəsində imzalanacaq əfv sərəncamının böyük sayda məhbusa şamil olunacağı gözlənilir. Budəfəki əfvdə uzun müddətdir azadlığa çıxacağı gözlənilən jurnalistlərin də adının olacağı istisna edilmir.

Prezident İlham Əliyevin ötən ilin 29 dekabrında, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində imzaladığı sərəncamla 210 məhbus azadlığa çıxıb.

15:26 1.2.2016

Bir aydır ki, mallarını gömrükdən keçirə bilmirlər

“Bir aydır ki, İrandan, Türkiyədən, Çindən mal gətirən sahibkarlar öz malllarını gömrükdən keçirə bilmirlər. Çünki onlar 36 faizlik vergini ödəməkdə çətinlik çəkirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Musa Quliyev parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı dilə gətirib. Onun sözlərinə görə, artıq iş o yerə çatıb ki, sahibkarlar monopoliyanın az qala yenidən bərpa olunmasını istəyirlər: “Deyirlər ki, monopolistlər heç olmasa onlara kömək edirdi. Prezidentimizin də orta və kiçik sahibkarlara dəstəklə bağlı çağırışları ortadadır. Ancaq bu hal həmin çağırışlara ziddir. Ona görə də təcili orta və kiçik sahibkarlığın inkişafına kömək etmək lazımdır”.

16:24 1.2.2016

Səməd Seyidov: "yanlış məlumatdır"

“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılmağım tamamilə yanlış bir məlumatdır. Bu məlumatın hardan qaynaqlandığını da bilmirəm. Sadəcə, yanvar sessiyasında səhhətimlə bağlı iştirak edə bilməmişəm. "

Bunu AzadlıqRadiosuna açıqlamasınada Səməd Seyidov bildirib.

Davamı

XS
SM
MD
LG