Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:40

Amerika Birləşmiş Ştatlarının (ABŞ-ın) Azərbaycandakı səfiri Robert Sekuta (Cekuta) oktyabrın 21-də iki ölkənin diplomatik münasibətləri barədə suala cavabında belə deyib.

“Hər iki tərəf əlaqələrin inkişafı üzərində işləyib, addımlar atıb. Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi daha güclüdür. Biz Azərbaycanla daha sıx münasibət istəyirik və düşünürük ki, daha yaxşısına nail ola bilərik”, səfir bildirib.

Səfir həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib.

Buna da bax:​ ABŞ səfiri: «Hər üç prioritet Azərbaycanın sabitliyi üçün vacibdir» [Video]

“ABŞ həmsədrlərlə, Azərbaycan və Ermənistanla birlikdə çalışaraq uzun müddətdir davam edən münaqişənin həllinə səylər göstərir. Bu səylərin göstəricisi olaraq sabah amerikalı həmsədr James Warlick, o cümlədən digər vasitəçilər Azərbaycana gəlirlər. Məqsəd münaqişənin həllinə təkan verməkdir. Azərbaycan prezidenti son vaxtlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli olduğu barədə bəyanatlar verir. Mən bu bəyanatlar barədə rəsmi Vaşinqtona məlumatlar çatdırmışam", Sekuta qeyd edib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılır. Minsk Qrupuna Fransa, ABŞ və Rusiya daxildir.

Buna da bax: Səfir Konstitusiya dəyişikliyindən danışdı

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG