Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:48

Çeçenistanda sarımsaq qadağası


►Dövlət orqanından icazə lazımdı

"Şimali Qafqaz portalı" yazır ki, indi Çeçenistanda meşəyə çöl sarımsağı (ayısoğanı) yığmağa getmək üçün icazə almaq lazımdır. Yerli icra hakimiyyətinin başçısı icazə sənədini şəxsən imzalamalıdır.

Bu yeniliyin sakinlərin təhlükəsizliyi üçün tətbiq olunduğu deyilir.

Yeni qayda xüsusilə də Açxoy-Martan rayonunun sakinlərinə aiddir.

Bir qayda olaraq İnquşetiyaya yaxın ərazilərdə yaşayan sakinlər çöl sarımsağı toplamaq üçün inquş meşələrinə gedirlər.

Çöl sarımsağı bazarda yaxşı qiymətə gedir və bir çox kasıb ailələr üçün gəlir mənbəyidir.

Sakinlərin əlində möhürlü icazə kağızının olması müntəzəm olaraq həm Çeçenistanda, həm də İnquşetiyada "antiterror" əməliyyatları keçriən güc strukturlarına imkan verəcək ki, adi kəndliləri silahlılardan ayırd edə bilsinlər.

XS
SM
MD
LG