Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:49

Cəbhədəki itkilərin sayı niyə açıqlanmır?


Ordu
Ordu

-

Son günlər cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin itkiləri ilə bağlı rəsmi rəqəmlər verilmir. Hərçənd, keçən həftə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirmişdi ki, aprelin 2-dən 5-ə kimi Azərbaycan tərəfi döyüşlərdə 31 hərbçi itirib.

Ancaq son günlər Azərbaycan tərəfinin itkiləri ilə bağlı həm bəzi KİV-lərdə, həm də sosial şəbəkələrdə müxtəlif rəqəmlər çəkilir.

«Meydan TV» bildirib ki, son günlər Azərbaycan tərəfi 64 itki verib. Ancaq sosial şəbəkələrdə bununla bağlı daha yüksək rəqəmlər çəkilir.

Bu gün AzadlıqRadiosunun sualına da cavabda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu məsələyə aydınlıq gətirməyib. V.Dərgahlı yalnız «biz elə rəsmi rəqəmlər açıqlamamışıq» deməklə kifayətlənib.

Aprelin 8-i və 9-da beynəlxalq qurumların vasitəçiliyi ilə tərəflər döyüş meydanından meyitləri çıxarıblar. Bundan başqa, aprelin 10-da bir-birlərinin nəzarətində olan meyitlər qaytarılıb. Ancaq son 3 gündə nə qədər meyitin qaytarıldığı da açıqlanmır.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

XS
SM
MD
LG