Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:50

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 127 dəfə pozublar.
Bu zaman, 60 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və qumbaraatanlardan istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub.
Habelə, Berd rayonunun Ayqepar kəndindən Tovuz rayonunun Əlibəyli kəndi, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin vurulduğu açıqlanır.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonundakı Azərbaycan Silahlı Qüvvələrinin mövqeyləri atəşə tutulub.
Nazirlik bildirir ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə cavab verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG